"Ali təhsil diplomu ilə əmək bazarının tələbləri arasında uçurum var" Ekspert


Digərləri 20 May 2025 16:28:00 56 0

"Ali təhsil diplomu ilə əmək bazarının tələbləri arasında uçurum var"  Ekspert

Ali təhsil yalnız diplom almaq üçün deyil, insan kapitalı formalaşdırmaq, iqtisadiyyatı gücləndirmək və gələcəyi inşa etmək üçündür.

Bu haberi de oku: “Brent” bahalaşdı

Son.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, təhsilin keyfiyyəti, məzunun bilik və bacarığı əmək bazarında rəqabət gücü deməkdir:

"Amma bu gün ali təhsil diplomu ilə əmək bazarının tələbləri arasında dərin uçurum var. Məzunlar işsiz, işəgötürənlər kadr axtarır. Problem təhsilin özündədir: dəyişməyən proqramlar, praktikasız nəzəriyyə, menecmentsiz idarəetmə. Keyfiyyət anlayışı yalnız kağız üzərində deyil, real idarəetmə mədəniyyəti, vicdan və sosial məsuliyyətlə qurulmalıdır".