Ermənistana casusluq edən İqbal Əbilova hökm oxundu


Digərləri 20 May 2025 12:20:00 86 0

Ermənistana casusluq edən İqbal Əbilova hökm oxundu

Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilən İqbal Əbilovun məhkəmə prosesi yekunlaşıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, xarici ölkədə yaşayan İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.