Bakıda qadın avtobusda DƏHŞƏT SAÇDI: əlində bıçaqla...


Digərləri 20 May 2025 10:08:00 78 0

Bakıda qadın avtobusda DƏHŞƏT SAÇDI: əlində bıçaqla...

Bakıda ictimai nəqliyyatda təhlükəli hadisə qeydə alınıb.

Son.az xəbər verir ki, "TikTok" sosial şəbəkəsində yayılan videoda avtobusda yaşlı qadının əlində bıçaqla sərnişinləri hədələməsi və söyüşlər söyməsi əks olunub.

Sözügedən gərgin anlar ciddi narahatlığa səbəb olub.

İlkin olaraq qadının psixoloji durumunun normal olmadığı görülüb. Sərnişinlərin bəziləri avtobusdan enərək, canlarını riskə atmaq istəməyiblər.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən olunub. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülür.​

Həmin videonu təqdim edirik:

Hüseyn Son.az