Fərid Şahbazlının milli mətbuatın 150 illik yubileyi ilə bağlı məqaləsi xarici KİVlərdə dərc edilibFOTO
Digərləri 19 May 2025 23:19:00 80 0
Pakistan, Özbəkistan və Qırğız Respublikasının nüfuzlu dövlət media qurumları Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlının Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə bağlı məqaləsini dərc edib.
Bu haberi de oku: DYPdən XƏBƏRDARLIQ
Pakistanın nüfuzlu "Pakistan Observer", "Cath Line" qəzetləri, Özbəkistanın dövlət informasiya agentliyi "Uza.uz", Qırğız Respublikasının dövlət informasiya agentliyi "Kabar"da dərc olunan məqalələrdə Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yol, eyni zamanda medianın bugünkü fəaliyyətindən bəhs edilib.
Xarici mediada dərc edilən məqalədə vurğulanır ki, 2025-ci ildə Azərbaycan milli mətbuatı 150 illik yubileyini qeyd edir. Əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşr olunan "Əkinçi" qəzeti ilə qoyulan Azərbaycan mətbuatlı ümumilikdə müsəlman Şərqində maarifçi ruhlu ilk qəzetlərdən biri olub. Onun missiyası təhsili təşviq etmək, ictimai islahatlara dəstək vermək və xalqı mədəni baxımdan oyatmaq idi.
"Zamanla Azərbaycan mətbuatı çar senzurası, sovet ideologiyası və müstəqillik dövrünün müxtəlif çağırışları ilə üz-üzə qaldı. Lakin bu proseslər mətbuatın inkişafını dayandırmadı, əksinə onu daha çevik və dözümlü bir instituta çevirdi. 1991-ci ildə müstəqillik bərpa olunduqdan sonra Azərbaycan mediası yeni mərhələyə qədəm qoydu. 1998-ci ildə senzuranın ləğvi ilə ölkədə mətbuat azadlığı istiqamətində real addımlar atıldı"-deyə, yazıda qeyd olunur.