Abşeronda qadının pansionatdan çıxarılma səbəbi


Digərləri 19 May 2025 20:38:00 52 0

Abşeronda qadının pansionatdan çıxarılma səbəbi

Abşeron rayonu, Məmmədli kəndi ərazisində qadının pansionatdan çıxarılma səbəbi məlum olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, bir müddət əvvəl sığınacağa yerləşdirilən Güləbətin Əlosman qızı Zəkiyevanın hepatit C nəticəsinin müsbət olduğu müəyyən edilib:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin xidmətlərindən çətin həyat şəraiti ilə üzləşən vətəndaşlar qanunvericiliyə uyğun şəkildə yararlana bilərlər.

Müəssisəyə qəbul olunan şəxslər burada 180 gün (6 ay) ərzində qida, yaşayış və geyimlə təmin edilirlər.