Azərbaycanda sabiq nazirin ölkədən çıxışına qadağa qoyuldu
Digərləri 19 May 2025 20:46:00 71 0
Azərbaycanın keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxşı məhdulaşdırılıb.
Bu haberi de oku: İslam İnkişaf Bankı Azərbaycanda KOBların rəqəmsallaşdırılmasını dəstəkləməyə hazırdır
Son.az "Qaynarinfo.az"a istinadən xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günayə Həşimova qətnamə çıxarıb.
Rahim Hüseynovun ölkədən çıxışına "stop" qoyulması Təfəkkür Universitetinin vergi borcu ilə əlaqəlidir.
İş materiallarından aydın olur ki, Təfəkkür Universitetinin 24 415,41 manat vergi borcu var. Universitet borcu ödəmədiyinə görə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tututaraq borc ödənilədək universitetin rəsmi təmsilçisinə "stop" qoyulmasını xahiş edib. Rahim Hüseynov hazırda "Təfəkkür"ün qanuni təmsilçisidir. Beləliklə, o, borc ödənilədək ölkədən çıxa bilməyəcək.