Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır ARAŞDIRMA


Digərləri 19 May 2025 19:25:00 62 0

Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır  ARAŞDIRMA

Müasir dövrdə ali təhsil müəssisələrinin fəaliyyətinin əsas göstəricilərindən biri onların məzunlarını əmək bazarına nə dərəcədə uğurla inteqrasiya edə bilməsidir. Universitetlərin yalnız diplom təqdim edən qurum deyil, real iş bacarıqlarına malik mütəxəssislər hazırlayan strateji mərkəz kimi çıxış etməsi, onların cəmiyyətə və iqtisadi sistemə verdiyi töhfənin başlıca meyarına çevrilib. Bu səbəbdən son illərdə ali təhsil müəssisələrinin qiymətləndirilməsində məzunların işlə təmin olunma göstəriciləri xüsusi əhəmiyyət kəsb edir.

Modern.az Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan "Məzunların məşğulluq reytinqi"nə əsasən ölkədə fəaliyyət göstərən 31 universitetin məzunlarının məşğulluq reytinqini araşdırıb. 

Reytinqə görə, 2018-2022-ci illər ərzində 31 universitetdə 366 ixtisas üzrə 103 min 396 məzunun 60 min 260-ı, təxminən 58.3 faizi işlə təmin olunub. 

Məzunları ən çox iş tapan universitetlər

Məzunların məşğulluq reytinqinə görə ilk pillədə Bakı Ali Neft Məktəbi gəlir. Universitetdə 4 il ərzində 535 məzunun 402-si, yəni 67.3 %-i işlə təmin olunub. Məzunların böyük əksəriyyəti ixtisasları üzrə özəl və dövlət neft şirkətlərində çalışır.

Siyahıda ikinci yeri ADA Universiteti tutur. Universitetdə 4 il ərzində məzun olanların yarıdan çoxu - 53.5 %-i işlə təmin olunub. Bundan başqa Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetlərinin məzunlarının 50 faizdən çoxu məzun olduqdan 2 il müddətinə iş tapır. 

Ölkənin aparıcı digər ali təhsil ocaqları hesab edilən Dövlət İdarəçilik Akademiyası  49.2%, Azərbaycan Turizm və Menecment Universiteti  49.1%, Azərbaycan Dövlət Pedaqoji Universiteti  48.1%, Milli Aviasiya Akademiyası  46.6%, Azərbaycan Memarlıq və İnşaat Universiteti 46.1% göstərici ilə məzunları ən çox iş tapa bilən universitetlər sırasındadır. 

Məzun sayına görə illlərdir ölkədə lider statusunda olan Bakı Dövlət Universitetində 4 il ərzində 14 min 524 nəfər məzun olub ki, onların da 8 min 174-ü məzun olduqdan sonra iş tapa bilib. Bu da ümumi göstəricinin 40.2 % deməkdir.

Qabiliyyət imtahanı tələb edən universitetlərin məşğulluq reytinqi

Mədəniyyət və incəsənət sahələri üzrə kadr yetişdirən Azərbaycan Milli Konservatoriyası 45.2%,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 40.3%, Bakı Musiqi Akademiyasında isə 39 % məzunu universiteti bitirdikdən sonra iş tapa bilib. 

İdman sahələri üzrə mütəxəssis yetişdirən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında isə bu göstəridi 42.6% təşkil edir. 

Region universitetləri

Region universitetlərində isə məzunların məşğulluq üzrə reytinqləri aşağıdakı kimidir: