Saat 10:00da bu ərazilərdə qaz kəsiləcək
Digərləri 20 May 2025 09:53:00 66 0
Bakının Sabunçu və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində aparılacaq təmir-bərpa və quraşdırma işləri ilə əlaqədar olaraq 20.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu haberi de oku: Ən ağıllı insanlar bu qan qrupundan olurlar
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Nizami küçəsinin, Ləhiş bağlarının, Maştağa qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin, Suraxanı rayonu, Hövsan qəsəbəsinin O.Şabanov, E.Qasımov, R.Abdullayev, F.Bayramov, H.Quliyev, E.Məmmədov, İ.Əhlimanov, Dənizkənarı, Məktəbli, Bağça, İ.Məmmədov, Ş.Ziyadov, S.Qılmanov küçələri, Zeytun sovxozu, Quşçuluq, Sahil döngələri, Bağlar ərazisindəki istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bundan başqa "Ələt-Astara" dəmiryol xəttinin "Ələt-Osmanlı" hissəsinin yenidən qurulması ilə əlaqədar Şirvan şəhəri, Bayramlı qəsəbəsinin M.Ə.Sabir və H.Cavid küçələrini təbii qazla təmin edən 108 mm-lik ortatəzyiqli yerüstü qaz xəttinin yeri dəyişdiriləcək.