ABŞdə maliyyə maxinasiyalarına, böhtan kampaniyalarına cəlb edilən media vasitələrinin siyahısı açıqlanır


Siyasət 13 Fev 2025 22:10:00 75 0

ABŞdə maliyyə maxinasiyalarına, böhtan kampaniyalarına cəlb edilən media vasitələrinin siyahısı açıqlanır

ABŞ-də bu vaxta qədər müxtəlif administrasiyaların başqa ölkələrin daxili işlərinə qarışması, bunun üçün media da daxil olmaqla ən müxtəlif vasitələrdən istifadə etməsi artıq okeanın o tayında açıq şəkildə etiraf olunur. Bu etiraflardan məlum olur ki, dünya ictimaiyyətinin rəyinə təsir edən bir sıra media vasitələri ABŞ hökumətindən maliyyələşib və bu əsasda da konkret sifarişləri icra edib. Özü də həmin sifarişlərin icrasını yerinə yetirən media vasitələri jurnalistikanın bütün prinsip və dəyərlərini heç tərəddüd etmədən arxa plana atıblar. Amma görünən odur ki, ABŞ-də formalaşan yeni hakimiyyət artıq tamam fərqli bir siyasət yürütməyə başlayıb. Elə bu kontekstdə də qərəzli sifarişlərin icraçılarına vəsait ayrılması dayandırılır.

Son.az Day.Az-a istinadən xəbər verir ki, sifariş məqsədilə verilən pullardan məhrum olanların bir çoxunun adı elə ABŞ administasiyası tərəfindən açıqlanıb. Onların siyahısında ilk olaraq, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) gəlir. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask əvvəlki kimi USAID-in hər il milyardlarla vəsaiti boş yerə sərf etdiyini bəyan edərək, bu qurumun birdəfəlik ləğvinin zərurət olduğunu bəyan edir. ABŞ Prezidenti Donald Tramp da bu yanaşmaya tam dəstək ifadə edir.

Çoxsaylı faktlar da göstərir ki, Amerikanın xarici yardımı və inkişaf proqramlarının idarə edilməsinə cavabdeh olan agentlik missiyasından tamam fərqli işlərlə məşğul olub. Məhz bu kontekstdə İlon Mask USAID-in fəaliyyətinə xüsusi diqqət yetirərək, təşkilatın qərəzliliyə görə ləğv edilməli olduğu və onun bərpasının mümkünsüz olduğunu bildirir. O, təşkilatın vəsaitlərinin əsasən xarici ölkələrin seçkilərinə müdaxilə üçün istifadə olunduğunu da vurğulayır. Buna paralel olaraq, yeni Amerika hökuməti USAID-də görünməmiş həcmdə korrupsiya sxemini də üzə çıxarıb.

"Soyuq müharibə" dövründə ABŞ-nin ideoloji mübarizəsində təbliğat vasitəsi kimi istifadə olunan "Azadlıq Radiosu" və "Amerikanın Səsi" kimi Amerikanın dövlət media orqanları da uzun illərdir ki, təyinatları üzrə yox, başqa ölkələrin daxili işlərinə müdaxilə və digər məqsədlər üçün istifadə edilir. Özü də bu media qurumlarına hər il yüz milyonlarla vəsait sərf olunur və bu pulların da göyə sovrulduğunu yenə ABŞ hökuməti özü bəyan edir. Lakin siyahı təkcə bununla bitmir.

İlon Mask bildirir ki, Co Baydenin prezidentliyi dönəmində ABŞ hökuməti "Reuters" agentliyinə də hər il milyonlarla dollar ayırıb. "Reuters" isə öz növbəsində verilən sifarişləri icra edib, dünya ictimaiyyətində müxtəlif məsələlər üzrə ABŞ hökumətinin istədiyi formada yanlış rəy yaradılması ilə məşğul olub: "ABŞ hökuməti "kütləvi sosial aldatma" üçün "Reuters" agentliyinə milyonlarla dollar ödəyib. Satınalma sifarişi sözün əsl mənasında budur!". "X" sosial şəbəkəsində yayılan məlumata əsasən, təkcə Pentaqon hər il "Reuters"ə 9 milyon dollar ayırıb. Alınan pulların əvəzində "Reuters" dünya ictimaiyyətinə saxta məlumatlar sırayıb, konkret ölkələri, qurumları, şəxsləri hədəfə alıb, onlar barəsində qarayaxma, böhtan kampanisyası aparıb. Bununla bağlı xeyli sayda faktlar mövcuddur. Amma ABŞ hökumətinin pulları yalan və iftira naminə təkcə "Reuters" vasitəsilə israf edilməyib.

Mask daha əvvəl bildirib ki, Donald Trampın administrasiyası "Politico", "The New York Times" və "Associated Press" kimi media vasitələrinin maliyyələşdirilməsini ləğv edib. O qeyd edib ki, "Politico" Dövlət Departamentindən hər il 620 min dollar digər nəşrlər isə Səhiyyə və Sosial Xidmətlər Nazirliyindən on milyonlarla dollar alıb. Mask həmçinin qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi hər il naməlum şəxslərə 100 milyard dollar müavinət ödəyir . O, bu vəziyyəti "dəlilik" adlandırıb. Eyni zamanda, yeni hökumətin Maliyyə Nazirliyi bu ödənişlərin təxminən yarısının aşkar saxtakarlıq olduğunu etiraf edib.

Bütün bu üzə çıxan faktlar heç şübhəsiz ki, tam siyahı deyil və bunun davamının olacağı da tamamilə gözlənilən haldır. İlon Maskın daha bir maraqlı etirafı budur ki, Birləşmiş Ştatlar bu və ya digər şəkildə başqa ölkələrin işlərinə qarışmağı dayandırmalı və diqqətini öz problemlərinə yönəltməlidir: "Elə vaxtlar olub ki, ABŞ beynəlxalq məsələlərdə iddialı olub, başqa ölkələrin daxili işlərinə müdaxilə edib. Mən hesab edirəm ki, biz ümumiyyətlə, başqa ölkələrin daxili işlərinə müdaxilə etməkdən kənar durmalıyıq". Mask onu da xüsusi vurğulayıb ki, Birləşmiş Ştatların dünyada rejim dəyişikliyini təşviq etmək əvəzinə öz problemləri ilə məşğul olmağın vaxtıdır. Görünən odur ki, elə Tramp administrasiyası artıq məhz bununla məşğul olmaq qərarına gəlib. Son.az

Pərvanə İsayeva vəfat etdi like
  • 13 Fev 22:01  
Digərləri Pərvanə İsayeva vəfat etdi

AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri dokt

arrow Ətraflı
Bakıda qadını qətlə yetirib, meyitini yol kənarına atdılar like
  • 13 Fev 21:58  
Kriminal Bakıda qadını qətlə yetirib, meyitini yol kənarına atdılar

Bakıda qadını qətlə yetirərək meyitini Abşeron rayonunun Fatmayı qəsə

arrow Ətraflı
Hökumə Əliyeva adına təqaüd proqramı like
  • 13 Fev 21:52  
Dünya Hökumə Əliyeva adına təqaüd proqramı

Polşada Tələbə Xanımlar Birliyinin təşəbbüsü və Polşa Azərbaycanlı

arrow Ətraflı
Şəhid atası vəfat etdi like
  • 13 Fev 21:42  
Digərləri Şəhid atası vəfat etdi

Vətən müharibəsi şəhidi Mirmuraz Cəfərovun atası Mirbaba Cəfərov vəf

arrow Ətraflı
Gəncədə kişi arvadının qulağını kəsmək istədi like
  • 13 Fev 21:39  
Kriminal Gəncədə kişi arvadının qulağını kəsmək istədi

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
"İlk dəfədir ki, "Sevgililər Günü"ndə mən ona gül aparacağam" like
  • 13 Fev 21:36  
Şou-biznes "İlk dəfədir ki, "Sevgililər Günü"ndə mən ona gül aparacağam"

Bu gün mərhum aktyor Azər Baxşəliyevin ölümündən 40 gün ötür.

arrow Ətraflı
Da Vinçinin çəkdiyi sirli tunellər 500 il sonra kəşf edildi like
  • 13 Fev 21:25  
Digərləri Da Vinçinin çəkdiyi sirli tunellər 500 il sonra kəşf edildi

Milan Politexnik Universitetinin tədqiqatçıları Leonardo da Vinçinin 500 il

arrow Ətraflı
İki həftə sonra ana olacaqdı, əri ilə meyiti tapıldı  Bakıda faciə like
  • 13 Fev 21:17  
Digərləri İki həftə sonra ana olacaqdı, əri ilə meyiti tapıldı Bakıda faciə

İki həftə sonra ana olacaq qadın, bətnindəki övladı və həyat yoldaşı

arrow Ətraflı
Atiye Ledi Qaqanı məhkəməyə verdi like
  • 13 Fev 21:11  
Şou-biznes Atiye Ledi Qaqanı məhkəməyə verdi

Türkiyəli tanınmış müğənni Atiye məşhur amerikalı həmkarı Ledi Qaqa

arrow Ətraflı
ABŞdə ən çox satılan avtomobil brendi  "Ford F150" deyil like
  • 13 Fev 21:02  
Digərləri ABŞdə ən çox satılan avtomobil brendi "Ford F150" deyil

Təxminən 50 il zirvədə qaldıqdan sonra "Ford F-150" pikapı artı

arrow Ətraflı
Alişan arvadı ilə Ümrədə like
  • 13 Fev 20:52  
Şou-biznes Alişan arvadı ilə Ümrədə

Türkiyəli məşhur müğənni Alişan həyat yoldaşı Buse Varolla Həcc ziy

arrow Ətraflı
Rusiyada 24 saat ərzində 100dən çox zəlzələ qeydə alındı like
  • 13 Fev 20:36  
Dünya Rusiyada 24 saat ərzində 100dən çox zəlzələ qeydə alındı

Rusiyada bir gündə 100-dən çox zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Dünyanın ən yaşlı canlı orqanizmi üzə çıxdı like
  • 13 Fev 20:28  
Digərləri Dünyanın ən yaşlı canlı orqanizmi üzə çıxdı

ABŞ alimləri dünyanın ən qədim canlı orqanizmini tapıblar.

arrow Ətraflı
İtin traktor sevgisi gündəm oldu  Sükan arxasında... like
  • 13 Fev 20:14  
Digərləri İtin traktor sevgisi gündəm oldu Sükan arxasında...

Türkiyənin Sakarya vilayətinin Karasu rayonunda haski cinsindən olan it mara

arrow Ətraflı