Azərbaycan Ermənistanla bağlı sənədi Haaqa məhkəməsinə təqdim etdi


Siyasət 13 Fev 2025 11:22:00 65 0

Azərbaycan Ermənistanla bağlı sənədi Haaqa məhkəməsinə təqdim etdi

12 fevral 2025-ci il tarixində Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli "Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" Konvensiya ("Bern Konvensiyası") əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib.

Bu barədə Son.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

İddia sənədində Ermənistanın "Bern Konvensiyası"na dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb.

Azərbaycan öz ərazilərini azad etməklə Ermənistanın ətraf mühiti məhv etməsinə və dünyanın ən zəngin biomüxtəliflik ocaqlarından birində yaşayış mühiti və növlərini qoruya bilmədiyinə dair dəhşətli sübutlar aşkar edib. Ermənistanın hərəkətlərinin bölgədəki canlı təbiətə və növlərinə dönməz şəkildə ciddi ziyan vurduğu müəyyənləşdirilib.

Qeyd edək ki, 18 yanvar 2023-cü il tarixində Azərbaycan sözügedən dəlillərə əsaslanaraq arbitraj prosesinin başlanması üçün Ermənistana arbitraj bildirişi göndərib. 15 sentyabr 2023-cü il tarixində arbitraj məhkəməsinin tərkibi təsdiqlənərək, 12 aprel 2024-cü ildə Haaqadakı Sülh Sarayında Azərbaycan ilə Ermənistan arasında ilk prosedur iclası keçirilib.

Azərbaycanın Ermənistana qarşı məhkəmə iddiası Bern Konvensiyası əsasında indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesidir.

Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir. Buraya Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) yaşı 2000-dən çox olan qədim ağacların olduğu Azərbaycanda minlərlə hektar xüsusi mühafizə olunan və qiymətli meşənin zərər gördüyünü bildirib. Bu qoruqlardan bəziləri Bəsitçay vadisindəki şərq çinarı meşəsi kimi nadir və kövrək ekosistemləri qorumaq üçün yaradılmışdı. UNEP hesabatında Oxçuçay çayında yüzlərlə balığın ölü tapıldığını əlavə edərək, əvvəllər işğal olunmuş ərazilərdə mədənçiliyin "suyun, torpağın və biomüxtəlifliyin kimyəvi çirklənməsinə" səbəb olduğunu sənədləşdirib. İşğal zamanı Ermənistan tərəfindən törədilən hərəkətlər hələ də bir neçə qorunan balıq və amfibiya növünü təhdid edir.

Azərbaycan ədalətin təmini istiqamətində fəaliyyətini davam etdirəcək və Ermənistanın qanunsuz işğalı zamanı ətraf mühitin, heyvan növlərinin və yaşayış yerlərinin məhv edilməsi və qorunmaması ilə bağlı bu ölkəni beynəlxalq məsuliyyətə cəlb edəcək.

Yaxın Şərq Azərbaycana çox yaxındır: Bakının siyasətinin təfərrüatları like
  • 13 Fev 11:19  
Siyasət Yaxın Şərq Azərbaycana çox yaxındır: Bakının siyasətinin təfərrüatları

Cənubi Qafqaz Şərq və Qərbin, Şimal və Cənubun kəsişdiyi əbədi qovş

arrow Ətraflı
Bakıda məşhur restoranın fəaliyyəti DAYANDIRILDI  FOTO like
  • 13 Fev 11:18  
Digərləri Bakıda məşhur restoranın fəaliyyəti DAYANDIRILDI FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

arrow Ətraflı
İranın nüvə gambiti: sərt bəyanatlar və sağ qalma oyunu like
  • 13 Fev 10:55  
Siyasət İranın nüvə gambiti: sərt bəyanatlar və sağ qalma oyunu

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
İlham Əliyev: Azərbaycan yüksək inkişaf potensialına malik dinamik iqtisadiyyata sahibdir like
  • 13 Fev 10:52  
Siyasət İlham Əliyev: Azərbaycan yüksək inkişaf potensialına malik dinamik iqtisadiyyata sahibdir

Azərbaycan yüksək inkişaf potensialına malik dinamik bir iqtisadiyyata sahi

arrow Ətraflı
Prezident Forumun iştirakçılarına müraciət ünvanlayıb like
  • 13 Fev 10:50  
Siyasət Prezident Forumun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Vergi Xidməti - 25: Davamlı inkişaf və effekt

arrow Ətraflı
Tayvan ticarət mərkəzində güclü PARTLAYIŞ  Ölənlər var  VİDEO like
  • 13 Fev 10:44  
Dünya Tayvan ticarət mərkəzində güclü PARTLAYIŞ Ölənlər var VİDEO

Tayvanın mərkəzi Taichung şəhərində univermaqda güclü partlayış baş

arrow Ətraflı
Bu ərazi işiqsız qalacaq like
  • 13 Fev 10:37  
Digərləri Bu ərazi işiqsız qalacaq

Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisind

arrow Ətraflı
İlham Əliyev Paraqvayın yeni səfirini qəbul edib like
  • 13 Fev 10:35  
Siyasət İlham Əliyev Paraqvayın yeni səfirini qəbul edib

Son.az bildirir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fe

arrow Ətraflı
Ən emosional bürclər – düşünmədən danışırlar like
  • 13 Fev 10:34  
Digərləri Ən emosional bürclər – düşünmədən danışırlar

Astrologiyada bürclərin xarakter xüsusiyyətləri çox müzakirə olunur. Ast

arrow Ətraflı
Prezidentin CGTNə müsahibəsindəki mesajlar  Strateji tərəfdaşlıq və like
  • 13 Fev 10:33  
Siyasət Prezidentin CGTNə müsahibəsindəki mesajlar Strateji tərəfdaşlıq və

Məlum olduğu kimi, fevral ayının 11-də Prezident İlham Əliyevin Çinin

arrow Ətraflı
ABŞ NATOdan çıxacaq? like
  • 13 Fev 10:27  
Dünya ABŞ NATOdan çıxacaq?

ABŞ NATO-dan çıxmağı planlaşdırmır, lakin Avropa ilə münasibətlərdə

arrow Ətraflı
Prezident Belarusun yeni səfirinin etimadnaməsini qəbul edib like
  • 13 Fev 10:23  
Siyasət Prezident Belarusun yeni səfirinin etimadnaməsini qəbul edib

Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevr

arrow Ətraflı
Türkiyəli fenomen həbs olundu  FOTO like
  • 13 Fev 10:21  
Şou-biznes Türkiyəli fenomen həbs olundu FOTO

İzmirin Torbalı rayonunda notariusda işləyən və çəkdirdiyi məlumatland�

arrow Ətraflı