Prezidentin CGTNə müsahibəsindəki mesajlar Strateji tərəfdaşlıq və
Siyasət 13 Fev 2025 10:33:00 64 0
Məlum olduğu kimi, fevral ayının 11-də Prezident İlham Əliyevin Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi yayımlanıb. Müsahibə yanvarın 20-də Davosda baş tutub.
Bu xəbəri də oxu: Prezident: Bu səfər Azərbaycanla Somali arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq
Azərbaycan Prezidenti Çin Dövlət Televiziyasına (CGTN) verdiyi müsahibədə iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri, Azərbaycanın çoxşaxəli xarici siyasəti, işğaldan azad edilmiş ərazilərdə görülən işlər, COP29 iqlim konfransına ev sahibliyi və bu çərçivədə ölkənin yaşıl enerji gündəliyi, Orta Dəhliz layihəsinin əhəmiyyəti və ABŞ ilə münasibətlərə dair mühüm fikirlər səsləndirib. Müsahibə çərçivəsində Prezident Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqeni və ölkənin qlobal proseslərdə oynadığı rolu ətraflı izah edib.
Azərbaycan-Çin münasibətləri müsahibənin əsas mövzularından biri olub. Prezident bildirib ki, 2024-cü ildə iki ölkə liderləri arasında keçirilən görüşdən sonra Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq Bəyannaməsi imzalanıb. Bununla da Azərbaycan və Çin rəsmi olaraq strateji tərəfdaş olublar. Bu sənəd ölkələr arasında qarşılıqlı etimadın daha da gücləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Çin Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, nəqliyyat, energetika və yaşıl texnologiyalar sahəsində də strateji əməkdaşlıq etdiyi dövlətlərdən biridir. Azərbaycan Prezidentinin sözlərinə görə, iki ölkə arasında əlaqələrin inkişafı qarşılıqlı maraqlara əsaslanır və regional sabitliyə töhfə verir. Çin Azərbaycanın əsas investisiya tərəfdaşlarından biridir və bir sıra sahələrdə, xüsusilə nəqliyyat və logistika infrastrukturunun gücləndirilməsi istiqamətində əməkdaşlıq daha da genişlənir.
Azərbaycanın xarici siyasəti tarazlı və şaxələnmiş xarakter daşıyır. Prezident vurğulayıb ki, Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq Bəyannaməsi imzalayıb. Bununla yanaşı, Türkiyə və Özbəkistanla müttəfiqlik sazişləri bağlanıb ki, bu da ölkənin beynəlxalq münasibətlərdə oynadığı rolun daha da artmasına xidmət edir. Azərbaycan yalnız Mərkəzi Asiya, Xəzər regionu və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə və sülhə töhfə verir. Bu da ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına imkan yaradır. Prezidentin fikrincə, Azərbaycanın xarici siyasət kursu müstəqilliyin qorunması və milli maraqların təmin edilməsi üzərində qurulub.
İşğaldan azad edilmiş ərazilərin 30 il ərzində Azərbaycanın milli ideyası olması Prezidentin diqqət yetirdiyi əsas mövzulardan biri olub. O vurğulayıb ki, beynəlxalq hüququn norma və prinsipləri uzun müddət kağız üzərində qalıb və dünya birliyi bu münaqişənin həllində lazımi addımları atmayıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə, beynəlxalq təşkilatların yardımı olmadan, ölkənin öz gücü hesabına mümkün olub. Prezident qeyd edib ki, Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etməyib, eyni zamanda dünyaya göstərib ki, milli maraqların qorunması və suverenliyin təmin edilməsi ölkənin əsas prioritetidir. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirilir və bu ərazilər yaxın illərdə tam yaşayış üçün hazır olacaq.
COP29 iqlim konfransına ev sahibliyi etmək Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Prezident bildirib ki, təxminən 200 ölkə və beynəlxalq təşkilat Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləyib. Bu isə ölkəmizin iqlim məsələlərində mühüm aktor kimi qəbul edildiyini sübut edir. Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməklə, iqlim dəyişikliyi ilə mübarizədə Qlobal Cənubun maraqlarını qoruyur və inkişaf etmiş ölkələrlə sıx əməkdaşlıq edir. Bundan əlavə, Azərbaycan kiçik ada dövlətlərinin ekoloji problemlərinin beynəlxalq gündəliyə gətirilməsi üçün mühüm addımlar atır.
Azərbaycanın yaşıl enerji sahəsində qarşıya qoyduğu məqsədlər də müsahibədə əhatə olunub. Prezidentin sözlərinə görə, 2027-ci ilə qədər ölkədə 2 giqavat, 2030-cu ilə qədər isə 6 giqavat günəş və külək enerjisi istehsal edilməsi hədəflənir. Çin bu sahədə dünya liderlərindən biridir və Azərbaycan Çinin texnologiyalarından istifadə edərək enerji sektorunda mühüm irəliləyişlər əldə etməyi planlaşdırır. Bundan əlavə, COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə razılıq əldə edilib. Bu layihə Azərbaycanı Mərkəzi Asiya və potensial olaraq Çinlə enerji sahəsində birləşdirəcək, regionda enerji təhlükəsizliyini artıracaq və iqtisadi əməkdaşlığı gücləndirəcək.
Orta Dəhlizin strateji əhəmiyyəti Prezidentin toxunduğu digər vacib məsələlərdən olub. O bildirib ki, layihənin Azərbaycan seqmentində infrastrukturun təkmilləşdirilməsi prosesi davam edir. Dəniz ticarət limanının və dəmir yolu xətlərinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Tranzit imkanlarını artırmaq məqsədilə Orta Dəhliz boyunca yeni biznes müəssisələrinin yaradılması planlaşdırılır. Azərbaycanın coğrafi mövqeyi bu nəqliyyat marşrutunu mühüm logistik mərkəzə çevirir və regionda iqtisadi potensialı artırır. Prezidentin sözlərinə görə, Azərbaycan yalnız tranzit ölkə kimi deyil, eyni zamanda istehsal və ticarət mərkəzi kimi çıxış edəcək.
ABŞ-də siyasi proseslər və mümkün dəyişikliklər də Prezidentin müsahibəsində əsas diqqət yetirdiyi məsələlərdən biri olub. O, Donald Trampın ilk prezidentlik dövründə ABŞ-ın heç bir müharibəyə başlamadığını və Azərbaycanla münasibətlərdə balanslı siyasət yürüdüldüyünü qeyd edib. Bunun əksinə, son dörd ildə Bayden administrasiyasının Azərbaycana qarşı ədalətsiz və qeyri-obyektiv yanaşması əlaqələrin soyumasına səbəb olub. Prezident bildirib ki, Azərbaycan gələcək dörd illə bağlı nikbinliyini qoruyur və ABŞ ilə əməkdaşlıqda yeni səhifənin açılacağını gözləyir. O, Azərbaycanın beynəlxalq münasibətlərdə ədalətli və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb.
Prezidentin CGTN-ə verdiyi müsahibə Azərbaycanın qlobal siyasətdə artan rolunu, strateji tərəfdaşlıqlar qurmaqda uğurlu siyasət yürütdüyünü və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri bir daha nümayiş etdirdi. Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal məsələlərdə fəal iştirak edən ölkə kimi çıxış edir. COP29-a ev sahibliyi etməsi, yaşıl enerji sahəsindəki hədəfləri, Orta Dəhlizin inkişafı və beynəlxalq diplomatik münasibətləri Azərbaycanın dünya siyasətindəki mövqeyini daha da gücləndirir. Bu siyasət kursu, ölkənin milli maraqlarını qorumaqla yanaşı, qlobal sabitliyə və inkişaf proseslərinə töhfə vermək məqsədi daşıyır.
İslam Son.az
Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevr
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
İzmirin Torbalı rayonunda notariusda işləyən və çəkdirdiyi məlumatland�
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Bu gün Bakıda "VERGİ XİDMƏTİ - 25: Davamlı inkişaf və effektiv tra
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkənin keçmiş prezide
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
2024-cü ildə qlobal temperatur rekord yüksək səviyyəyə çatıb. Bu, plane
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Əməkdar artist Sahib İbrahimovun başına iş gəlib.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Bürclər haqqında astrologiyada müxtəlif inanclar mövcuddur və bəzi bürc
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Ədalətsizliyini və məzmununu nəzərə alsaq, Avropa Parlamentinin qətnamə
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycan Mərkəzi Bankı (AMB) 13 fevral tarixindən etibarən valyuta məz�
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Ukrayna Prezidenti Volodimir Zelenski genişmiqyaslı müharibənin əvvəlində
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin general-mayoru Tiqran Barseqyan v
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
COP29 Azərbaycan Əməliyyat Şirkəti yüksək texnologiyalar sənayesində da
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)