Vardanyan işğal edilmiş ərazilərdə qanunsuz silahlı birləşmələrin istifadəsi üçün helikopter tipli PUAları istehsal edəcək zavodun inşasını planlaşdırmaqda ittiham edilir


Siyasət 13 Fev 2025 20:47:00 81 0

Vardanyan işğal edilmiş ərazilərdə qanunsuz silahlı birləşmələrin istifadəsi üçün helikopter tipli PUAları istehsal edəcək zavodun inşasını planlaşdırmaqda ittiham edilir

Xəbər verildiyi kimi, bu gün Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Trend xəbər verir ki, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs Ruben Vardanyana irəli sürülmüş konkret ittihamları elan edib.

Bildirilib ki, Vardanyan Azərbaycanın işğal altında olan suveren ərazilərində mülki və hərbi obyektlərə qarşı istifadə edilməsi üçün idarəolunan zenit raketlərinin və komplekslərinin, hədəflərin aşkarlanması stansiyalarının, akkumulyator və radioötürücü blokların, digər qurğuların kütləvi istehsalının qurulması, bununla əlaqədar birgə müəssisənin yaradılması məqsədilə Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən "AKVA" şirkətinin məsul şəxsləri ilə danışıqlar aparmaqla sövdələşib. Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz silahlı birləşmələr tərəfindən istifadəsi nəzərdə tutulan helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması və onları istehsal edəcək zavodun inşa edilməsinə, habelə radioelektron mübarizə sisteminin alınaraq qanunsuz silahlı birləşmələrə çatdırılmasına dair danışıqlar apararaq müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Rusiyada 24 saat ərzində 100dən çox zəlzələ qeydə alındı like
  • 13 Fev 20:36  
Dünya Rusiyada 24 saat ərzində 100dən çox zəlzələ qeydə alındı

Rusiyada bir gündə 100-dən çox zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Dünyanın ən yaşlı canlı orqanizmi üzə çıxdı like
  • 13 Fev 20:28  
Digərləri Dünyanın ən yaşlı canlı orqanizmi üzə çıxdı

ABŞ alimləri dünyanın ən qədim canlı orqanizmini tapıblar.

arrow Ətraflı
İtin traktor sevgisi gündəm oldu  Sükan arxasında... like
  • 13 Fev 20:14  
Digərləri İtin traktor sevgisi gündəm oldu Sükan arxasında...

Türkiyənin Sakarya vilayətinin Karasu rayonunda haski cinsindən olan it mara

arrow Ətraflı
Ferdi Tayfurun 40 mərasimində izdiham yaşandı like
  • 13 Fev 19:46  
Şou-biznes Ferdi Tayfurun 40 mərasimində izdiham yaşandı

Ötən gün Türkiyənin məşhur müğənnisi Ferdi Tayfurun 40 mərasimi İsta

arrow Ətraflı
Günəşdə güclü partlayış qeydə alındı like
  • 13 Fev 19:27  
Dünya Günəşdə güclü partlayış qeydə alındı

Fevralın 13-də Günəşdə M sinfinə aid partlayış qeydə alınıb.

arrow Ətraflı
Android işlədənlərin NƏZƏRİNƏ like
  • 13 Fev 19:18  
Digərləri Android işlədənlərin NƏZƏRİNƏ

Müasir texnoloji cəhətdən əlaqələndirilmiş dünyada həyatımız rəqəm

arrow Ətraflı
Putin Trampı Rusiyaya dəvət edib like
  • 13 Fev 19:02  
Digərləri Putin Trampı Rusiyaya dəvət edib

Rusiya Prezidenti Vladimir Putin Amerika lideri Donald Trampı Rusiya Federasiya

arrow Ətraflı
Hansı bürc nə yeməlidir?  Maraqlı proqnoz like
  • 13 Fev 18:57  
Digərləri Hansı bürc nə yeməlidir? Maraqlı proqnoz

Astrologiya yalnız insanın xarakterinə deyil, həm də qidalanma vərdişlər

arrow Ətraflı
MSK bələdiyyə seçkilərinə yekun vuracaq  Bu tarixdə like
  • 13 Fev 18:50  
Digərləri MSK bələdiyyə seçkilərinə yekun vuracaq Bu tarixdə

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

arrow Ətraflı
Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirildi like
  • 13 Fev 18:44  
Digərləri Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirildi

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirilib.

arrow Ətraflı
Bakıda qadını maşın vurdu: Ağır yaralandı like
  • 13 Fev 18:38  
Digərləri Bakıda qadını maşın vurdu: Ağır yaralandı

Bakının Binəqədi rayonunda piyadavurma hadisəsi baş verib.

arrow Ətraflı
Məhkəmədən iranlı qadını təhqir edən müğənni ilə bağlı qərar like
  • 13 Fev 18:31  
Şou-biznes Məhkəmədən iranlı qadını təhqir edən müğənni ilə bağlı qərar

Məhkəmə türkiyəli müğənni İlyas Yalçıntaşla bağlı qərar qəbul ed

arrow Ətraflı
Bu vəzifə Samir Həziyevə havalə edildi  TƏYİNAT like
  • 13 Fev 18:24  
Digərləri Bu vəzifə Samir Həziyevə havalə edildi TƏYİNAT

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) kadr dəyişikliyi olub.

arrow Ətraflı
Elnarə Bəkirovanın atasını öldürənlərə 19 il iş verildi like
  • 13 Fev 18:19  
Digərləri Elnarə Bəkirovanın atasını öldürənlərə 19 il iş verildi

Modelyer Elnarə Bəkirovanın atasını öldürməkdə təqsirli bilinən Musta

arrow Ətraflı
Bir qrup məktəblinin şagirdi döyməsi ilə bağlı yayılan görüntülər araşdırılır like
  • 13 Fev 18:14  
Digərləri Bir qrup məktəblinin şagirdi döyməsi ilə bağlı yayılan görüntülər araşdırılır

Sosial şəbəkələrdə Bakıda 280 saylı məktəbin yaxınlığında bir qrup

arrow Ətraflı