ABŞdə ən çox satılan avtomobil brendi "Ford F150" deyil
Digərləri 13 Fev 2025 21:02:00 102 0
Təxminən 50 il zirvədə qaldıqdan sonra "Ford F-150" pikapı artıq ABŞ-də ən çox satılan avtomobil deyil.
Bu xəbəri də oxu: Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirildi
Son.az xəbər verir ki, bu barədə Supercarblondie.com portalı yazıb.
Məlumata görə, 47 il ərzində heç bir avtomobil "F-150"ni taxtdan endirə bilməyib və 77 il əvvəl ilk F seriyasının təqdimatından bəri "Ford" bu yük maşınının 41 milyondan çox nüsxəsini satıb.
Lakin bazarda yolsuzluq avtomobillərinə, elektromobillərə və daha ekonomik avtomobillərə üstünlük verildikcə, "Ford" pikapının zirvədə mövqeyi zəifləyib.
Rəqib "Toyota" şirkətinin avtomobili indi Şimali Amerikada ən çox satılan model adını daşıyır.
"Jato Dynamics" tərəfindən aparılan araşdırmalar göstərib ki, "Toyota RAV4" modeli "Ford F-150"ni ABŞ-də ən çox satılan avtomobil mövqeyindən sıxışdırıb.
Bir müddət "Toyota"nın yolsuzluq avtomobili ikinci yerdə olsa da, hazırda bazarda vəziyyət "RAV4" kimi yolsuzluq avtomobillərinin xeyrinə dəyişib.
Hibrid güc aqreqatları "RAV4"ün satışlarını artırıb, "F-150"nin satışları isə 5 faiz azalaraq 2024-cü ildə 460 915 ədəd təşkil edib.
Bunun əksinə olaraq, "RAV4"ün satışları doqquz faiz artıb və "Toyota" keçən il 474 193 ədəd satıb.
"RAV4" dəyişməz olaraq ABŞ-də ən çox satılan yolsuzluq avtomobili idi və bu müddət ərzində ancaq "Ford" pikapından geridə qalırdı.
Bununla belə, "F-150"nin satışları hələ də yüksəkdir, lakin "RAV4"ün yüksəlişi pikapların istehlakçılar arasında, yavaş-yavaş da olsa, öz populyarlığını itirməyə başladığının əlaməti ola bilər.
"Honda CR-V" yolsuzluq avtomobili üçüncü yeri tutaraq siyahının podiumunu tamamlayıb. Satışda hələ də "Ford" və "Toyota"dan bir qədər geri qalmasına baxmayaraq, "CR-V"nin satışları da 11 faiz artıb. Yapon istehsalçısı 2024-cü ildə 402 791 ədəd "CR-V" satıb.(oxu.az)
Türkiyəli məşhur müğənni Alişan həyat yoldaşı Buse Varolla Həcc ziy
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Xəbər verildiyi kimi, bu gün Ermənistan vətəndaşı olan, Azərbaycan Resp
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Rusiyada bir gündə 100-dən çox zəlzələ qeydə alınıb.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
ABŞ alimləri dünyanın ən qədim canlı orqanizmini tapıblar.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyənin Sakarya vilayətinin Karasu rayonunda haski cinsindən olan it mara
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Ötən gün Türkiyənin məşhur müğənnisi Ferdi Tayfurun 40 mərasimi İsta
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Fevralın 13-də Günəşdə M sinfinə aid partlayış qeydə alınıb.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Müasir texnoloji cəhətdən əlaqələndirilmiş dünyada həyatımız rəqəm
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Rusiya Prezidenti Vladimir Putin Amerika lideri Donald Trampı Rusiya Federasiya
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Astrologiya yalnız insanın xarakterinə deyil, həm də qidalanma vərdişlər
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirilib.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Bakının Binəqədi rayonunda piyadavurma hadisəsi baş verib.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Məhkəmə türkiyəli müğənni İlyas Yalçıntaşla bağlı qərar qəbul ed
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) kadr dəyişikliyi olub.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)