Evlərin maya dəyəri 3 dəfə bahalaşdı
Digərləri 13 Fev 2025 23:35:00 64 0
Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb.
Bu xəbəri də oxu: Serj Sarkisyanın kürəkəninə cinayət işi açıldı
Rəsmi məlumatlara əsasən, ötən il ərzində 20 min 149 ədəd yaşayış evi tikilib. Bu evlərin tikintisinə 2 milyard 572 milyon manat vəsait sərf olunub.
Son.az Xəzər TV-yə istinadən bildirir ki, hesablamalar göstərir ki, 2024-cü ildə ölkədə yaşayış evinin 1 kv. metrinə orta hesabla 1 089 manat xərclənib. Müqayisə üçün bildirək ki, 2023-cü ildə yaşayış evinin 1 kv. metrinə orta hesabla 387 manat, 2022-ci ildə 357 manat sərf olunub.
Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, yaşayış evlərinin maya dəyərinin artmasına bir neçə amil təsir göstərib. Onlardan biri tikinti şirkətlərinin və ya sahibkarların qarşısına qoyulan tələblərdir. Bura vergi ödənişləri və s. xərclər daxildir. İkinci səbəb isə tikinti materiallarının qiymətindəki artımdır.
Cəmiyyət sədri qeyd edib ki, evlərin maya dəyərinin artması onun bazar qiymətinə də təsirsiz ötüşmür. Belə ki, yaşayış evinin 1 kv metrinə xərclənən vəsait sonda toplanaraq bazar qiymətinin artmasına səbəb olur. Bu isə daşınmaz əmlak bazarında qiymət artımı ilə nəticələnir.
Vüqar Oruc onu da əlavə edib ki, bundan sonrakı dövr üçün də mənzil və evlərin qiymətində artım gözlənilir. Ümumilikdə isə, 2025-ci il ərzində daşınmaz əmlak bazarında 15-20 faiz artım proqnozlaşdırılır.
Daha ətraflı videomaterialı təqdim edirik. Son.az
"Youtube"da "Azad söz" kanalının aparıcısı Tural Sadı
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Tarixin bir günü" veril
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində sürücüləri və piyadalar�
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Ermənistanın baş naziri Nikol Paşinyan Münhenə işgüzar səfərə yola d�
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Müğənni Manaf Ağayev aşıq Zülfiyyə İbadovanın avtomobil idarə etməsi
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
ABŞ-də bu vaxta qədər müxtəlif administrasiyaların başqa ölkələrin da
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri dokt
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Bakıda qadını qətlə yetirərək meyitini Abşeron rayonunun Fatmayı qəsə
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Polşada Tələbə Xanımlar Birliyinin təşəbbüsü və Polşa Azərbaycanlı
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Vətən müharibəsi şəhidi Mirmuraz Cəfərovun atası Mirbaba Cəfərov vəf
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Bu gün mərhum aktyor Azər Baxşəliyevin ölümündən 40 gün ötür.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Milan Politexnik Universitetinin tədqiqatçıları Leonardo da Vinçinin 500 il
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
İki həftə sonra ana olacaq qadın, bətnindəki övladı və həyat yoldaşı
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyəli tanınmış müğənni Atiye məşhur amerikalı həmkarı Ledi Qaqa
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)