Baş prokuror AZAL təyyarəsinin qəzasından DANIŞDI
Digərləri 27 Yan 2025 18:18:00 86 0
Aktau yaxınlığında AZAL-a məxsus olan Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzasının səbəbləri ilə bağlı qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi təmin olunacaq.
Bu xəbəri də oxu: Azərbaycanın Eritreyada saxlanılan üç gəmisi ilə bağlı SON MƏLUMAT
Son.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında çıxışı zamanı deyib.
"Ötən ilin sonunda ölkəmiz və xalqımız üçün böyük faciə hesab olunan "Azərbaycan Hava Yolları" aviaşirkətinə (AZAL) məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Rusiya hava məkanında kənar fiziki və texniki müdaxilə nəticəsində Aktau şəhəri yaxınlığında qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hadisənin səbəblərinin araşdırılması üçün Baş nazirin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılmış və dövlət başçısının tapşırığına əsasən cinayət işi başlanılmışdır.
Qazaxıstan Respublikası və Rusiya Federasiyasının prokurorluq və digər aidiyyəti qurumları ilə hadisənin baş verməsinin əsl səbəblərinin müəyyən edilməsi istiqamətində hazırda qarşılıqlı əməkdaşlıq şəraitində istintaq hərəkətləri davam etdirilir və qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi təmin olunacaqdır", - o bildirib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL-a məxsus olan Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həyatını itirib, 29 nəfər isə sağ qalıb.
Müğənni Üzeyir Mehdizadə onun şəxsi həyatı haqqında paylaşım edənl�
Xəbər verdiyimiz kimi, məşhur müğənni İrem Derici bir neçə gün əvvə
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Rusiya istehsalı olan
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qu
Prezident İlham Əliyev bəzi dövlət orqanlarının dövlət qulluqçusu olma
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xid
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının
Siyasət Materials 27 Yanvar 2025 17:28 (UTC +04:00)[FHN-in hərbi qulluqçula
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xi
Başqa ölkənin hərracında udulan maşın geriçağırıldıqda proses necə
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dö
Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətini