Bu dövlət qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırıldı
Siyasət 27 Yan 2025 17:33:00 137 0
Prezident İlham Əliyev bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşlarının artırılması haqqında Fərman imzalayıb.
Bu xəbəri də oxu: Vuçiç Ceyhun Bayramovu “Serbiya Bayrağı” ordeni ilə təltif etdi FOTO
Son.azxəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıdakı dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq tarif (vəzifə) maaşları orta hesabla 10 faiz artırılır:
-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;
-Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
-Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;
-Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;
-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi;
-Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsi;
-Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;
-Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;
-Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;
-Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti;
-Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;
-Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;
-Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;
-Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.
Bu Fərmanın 1.1-1.6-cı bəndlərində nəzərdə tutulan dövlət orqanlarının dövlət qulluqçusu olmayan, əməkhaqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən mülki işçilərinin aylıq tarif (vəzifə) maaşları dövlət büdcəsindən maliyyələşdirilən sahələr üçün qüvvədə olan Vahid Tarif Cədvəlinə uyğun məbləğlərdə müəyyən edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Bu Fərmanın 1.1-1.14-cü bəndlərində nəzərdə tutulan dövlət orqanları və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.
Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xid

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının

Siyasət Materials 27 Yanvar 2025 17:28 (UTC +04:00)[FHN-in hərbi qulluqçula

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xi

Başqa ölkənin hərracında udulan maşın geriçağırıldıqda proses necə

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dö

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətini

Ukrayna Prezidenti Vladimir Zelenski və onun tərəfdaşları 2024-cü ilin hə

Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyini

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hə

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penite

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
