Pensiyalarla bağlı vacib MƏLUMAT


Digərləri 25 Yan 2025 14:13:00 84 0

Pensiyalarla bağlı vacib MƏLUMAT

Əmək müqaviləsi ilə işləyən hər kəsin əməkhaqqısından müəyyən qədər vergi tutularaq pensiya kapitalına yönəldilir. Azərbaycanda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 64-dür və bu 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı hər dəfə 6 ay artırılaraq 65-ə çatdırılacaq.

Məsələ burasındadır ki, bəzən illərlə əmək fəaliyyətilə məşğul olan şəxs pensiya yaşına çatmadan vəfat edir. Bəs bu halda onun həmin vaxtadək toplanılan pensiya pulu kimə verilir? Nəzərə alsaq ki, ölkədə dəfn xərcləri də kifayət qədər yüksəkdir. Buna görə də ölən adamın toplanılan pensiya pulunu birdəfəlik çıxarıb istifadə etmək mümkündür?

Son.az xəbər verir ki, bütün bu suallara hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında aydınlıq gətirib.

O bildirib ki, pensiya kapitalı vərəsəlik qaydasında ölən şəxsin varislərinə keçmir:

"Yalnız onun himayəsində olan şəxslər varsa və yaxud ər ölüb, arvadı sağdır və onun pensiyası kişinin pensiyasından azdırsa, bu zaman pensiya həmin fərqlə verilir. Məsələn, kişi 500 manat alırdı, arvad 300 manat alırdısa, bundan sonra arvad 500 manat, yəni ərinin pensiyasının fərq hissəsini alacaq. Yaxud arvad heç pensiya almırdısa, onda tam 500 manat pensiya alacaq. Əgər əksinə, kişinin pensiyası digərindən az idisə, onda arvadına heç nə çatmır. Ölən şəxsin himayəsində olan şəxslər var idisə, yəni 18 yaşına çatmayan övladı var idisə, övladı yetkinlik yaşına çatanadək pensiyanı alacaq. Lakin pensiya tam şəkildə ümumiyyətlə verilmir, yalnız hissə-hissə pensiya kimi verilə bilər".

Ekspert qeyd edib ki, bu qərar ədalətli hesab olunmur:

"İnsan ömrü boyu işləyib, onun pulundan pensiya toplanıb, o pulla da Dövlət Sosial Müdafiə Fondu illərlə başqalarına pensiya verib. Bu adam öldü və sadalanan hallar yoxdursa, varsa belə, pensiyasını bir müddət arvadı alıb, sonra o da öldüsə, deməli, onun pensiya kapitalı batdı. Yetkinlik yaşına çatan uşaqlarına heç nə çatmır. Nəzərə alaq ki, o pensiya kapitalı inflyasiyaya məruz qalır. Yəni bu gün biz maaşımızdan, gəlirimizdən Dövlət Sosial Müdafiə Fonduna haqq ödəyirik və həmin pensiya kapitalı onun hesabına formalaşır, amma axı o, inflyasiyaya məruz qalır. Məsələn, mən bu il ərzində 500 manat pensiya kapitalına ödəmişəm. İndiki 500 manat mənim 65 yaşımdakı ilin 500 manatı ilə eyni deyil. Axı pul daim dəyərdən düşür. Hələ dəyərdən düşmüş pulu da mənə tam vermirlər. Bu, əlbəttə ki, ədalətsizlikdir. Bəzi ölkələrdə o pul ya tam verilir, ya da heç olmasa, bir qismi verilir".

Ə.Həsənov pensiya pulunun niyə tam şəkildə verilmədiyini də açıqlayıb:

"Ona görə ki, əgər Dövlət Sosial Müdafiə Fondu bu pulların hamısını versə, onda özündə pul qalmayacaq. Dövlət Sosial Müdafiə Fondu bu gün bizim ora ödədiyimiz haqlarla pensiyanı ödəyir. Buna baxmayaraq, onu yenə pulu çatmır və hər il dövlət büdcəsindən də əlavə götürür. Hələ kimlərsə ölür, onların pensiya kapitalı tam batır. İndi fond pulu ölənlərin ailəsinə verməyə başlasa, onda ümumiyyətlə pulu qalmayacaq. Pul olsun deyə ya Dövlət Sosial Müdafiə Fondunun gəlir hissəsini artırmalıyıq ki, bu halda bizlərdən daha çox vergi tutulmalıdır. Buna da yəqin ki, heç birimiz razı olmayacağıq. Ya da ki, pensiyaları azaltmalıdır ki, pul çatsın. Bu da, qismən çətin məsələdir. Əslində bizdə bir qisim vətəndaşlar var ki, onlar həddən artıq yüksək pensiya alırlar. Bu da, mənim fikrimcə, tam düzgün deyil".

Hüquqşünas əlavə edib ki, pensiya gələcəkdə bizə ancaq pensiya kapitalından verilmir:

"Burada ömür uzunluğu məsələsi var ki, çox vacibdir. Yəni kimsə 90 il yaşayır, onun pensiya kapitalı bitir, amma yenə də Dövlət Sosial Müdafiə Fondu ona pensiyanı verməyə davam edir. Halbuki onun pulu artıq bitib. Ancaq mən tərəfdarıyam ki, heç olmasa qalan pensiya kapitalının müəyyən hissəsi verilsin. Bunun üçün də gərək fondda pul olsun".

Ağadadaş Ağayevin xəsarət yetirdiyi xadimə məşhur biznesmenin əmisi qızıdır  FOTO like
  • 25 Yan 14:00  
Şou-biznes Ağadadaş Ağayevin xəsarət yetirdiyi xadimə məşhur biznesmenin əmisi qızıdır FOTO

Ötən il iyulun 23-də Xalq artisti Ağadadaş Ağayevin "MedEra Hospital&

arrow Ətraflı
Bakıda 41 min dollarlıq like
  • 25 Yan 13:57  
Kriminal Bakıda 41 min dollarlıq

Bakıda 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb.

arrow Ətraflı
Rusiyada təyyarə qəzaya uğradı: 20 sərnişin...  VİDEO like
  • 25 Yan 13:50  
Digərləri Rusiyada təyyarə qəzaya uğradı: 20 sərnişin... VİDEO

Rusiyanın Xabarovsk diyarında "An-24" tipli təyyarə havaya qalxark

arrow Ətraflı
Rusiyalı xalq artistində xərçəng aşkarlandı  FOTO like
  • 25 Yan 13:46  
Şou-biznes Rusiyalı xalq artistində xərçəng aşkarlandı FOTO

 Məşhur sovet aktrisası, Rusiyanın xalq artisti Qalina Polskixə böyrək x

arrow Ətraflı
Oğluna 7 gün 7 gecə toy çaldıracaq like
  • 25 Yan 13:25  
Şou-biznes Oğluna 7 gün 7 gecə toy çaldıracaq

Əməkdar artist Elnarə Abdullayeva oğlu Məhəmmədə toy edəcək.

arrow Ətraflı
DYPdən rayona getmək istəyən sürücülərə xəbərdarlıq like
  • 25 Yan 13:18  
Digərləri DYPdən rayona getmək istəyən sürücülərə xəbərdarlıq

Həftəsonu əhalinin təsərrüfat, yaxud istirahət məqsədilə hərəkətlil

arrow Ətraflı
İstirahət gününün HAVASI like
  • 25 Yan 13:12  
Digərləri İstirahət gününün HAVASI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Məsciddən silah anbarı kimi istifadə ediblər... – like
  • 25 Yan 13:07  
Dünya Məsciddən silah anbarı kimi istifadə ediblər... –

Livanın cənubundakı məsciddə Hizbullaha məxsus silahların saxlandığı a

arrow Ətraflı
Ən həssas 5 BÜRC: hər şeyi ürəyinə salırlar like
  • 25 Yan 12:58  
Digərləri Ən həssas 5 BÜRC: hər şeyi ürəyinə salırlar

Astrologiyaya görə, bəzi bürclər var ki, hansı ki, çox həssas və sağla

arrow Ətraflı
Damlanın onu qucaqlayan kişiyə REAKSİYASI müzakirələr yaratdı  VİDEO like
  • 25 Yan 12:50  
Şou-biznes Damlanın onu qucaqlayan kişiyə REAKSİYASI müzakirələr yaratdı VİDEO

Sosial şəbəkələrdə müğənni Damlanın görüntüsü yayılıb.

arrow Ətraflı
“TikTok” çöküb? like
  • 25 Yan 12:49  
Digərləri “TikTok” çöküb?

"TikTok" sosial şəbəkəsinin işində iri miqyaslı pozuntular yaş

arrow Ətraflı
AZAL təyyarəsinin vurulması: yeni çirkin oyunlar başlanıb like
  • 25 Yan 12:44  
Siyasət AZAL təyyarəsinin vurulması: yeni çirkin oyunlar başlanıb

2024-cü il dekabrın 25-də AZAL-ın "Embraer e-190" sərnişin təyy

arrow Ətraflı
Hacı Zeynalabdin Tağıyevin doğum günüdür  FOTO like
  • 25 Yan 12:32  
Digərləri Hacı Zeynalabdin Tağıyevin doğum günüdür FOTO

Bu gün maarifpərvər və ictimai xadim, hər kəsin böyük xeyriyyəçi kimi

arrow Ətraflı
Qəzzada dağıdılan MƏSCİDLƏR  FOTO like
  • 25 Yan 12:25  
Dünya Qəzzada dağıdılan MƏSCİDLƏR FOTO

Qəzzada 470 gün davam edən müharibə bir çox yerləri yeksan edib.

arrow Ətraflı
Putindən Trampın təhdidlərinə CAVAB like
  • 25 Yan 12:16  
Dünya Putindən Trampın təhdidlərinə CAVAB

Vladimir Putin ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiy

arrow Ətraflı