Səssiz ölüm Dəm qazı
Digərləri 25 Yan 2025 07:15:00 107 0
Hər il havaların soyuması ilə əlaqədar olaraq dəm qazı zəhərlənmələri və bunun nəticəsində ölüm halları da artır. İsti su, mətbəx və istilik sistemlərindən istifadə zamanı düzgün ventilyasiya təmin olunmadıqda evlərdə yığılan bu zəhərli qaz həyat üçün ciddi təhlükə yaradır. Təəssüf ki, bu mövzu ilə bağlı edilən xəbərdarlıqlar və təhlükəsizlik tədbirləri hələ də çox vaxt nəticəsiz qalır. Hər il qış mövsümündə dəm qazından zəhərlənən və həyatını itirən insanların sayı artır. Bəs dəm qazı ölüm hallarından necə qoruna bilərik?
Bu xəbəri də oxu: Bu nazirlik fərdi yaşayış evləri ilə bağlı
Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nuraliyev danışıb. O bildirib ki, evlərdə istilik sistemləri və qaz qurğularının düzgün quraşdırılması, tez-tez yoxlanılması və hava axınının təmin edilməsi kimi vacib qaydalara əməl olunmasını tövsiyə edirlər.
"Həmçinin, qazın mənbəyindən yaranan problemlər barədə xəbərdar olan və müvafiq xidmətlərə müraciət edən şəxslərin sayının artması bu cür faciələrin qarşısını almağa kömək edərdi. Dəm qazı təhlükəsi ilə bağlı xəbərdarlıqlara ciddi yanaşmaq, həyatımızı qorumaq üçün çox vacibdir. Qazın təhlükəsiz istismarının vacibliyini vurğulayır və bildirirlər ki, düzgün istifadə olunmayan qazın zəhərlənməyə, yanğın və ya partlayışa səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər. Qazın fiziki və kimyəvi xassələri yanma, partlayış və dəm qazına çevrilmə riskini daşıyır. Qazdan istifadə edən evlərdə xüsusilə dəm qazı sızması və zəhərlənmənin qarşısını almaq üçün detektorların olması mühüm əhəmiyyət kəsb edir. Bu detektorlar, qaz sızması halında siqnal verərək ətrafa xəbərdarlıq edərək, insanların faciəvi hadisələrin qurbanı olmasının qarşısını alır.
Bundan əlavə qaz cihazlarının yerləşdiyi otaqlarda mütləq havalandırma və ventilyasiya təmin olunmalıdır. Tüstü bacası işlək vəziyyətdə saxlanılmalı, yanma üçün kifayət qədər oksigen mövcud olmalıdır. Otaqda havalandırma olmadan yanma prosesi pozulur və nəticədə dəm qazının yayılmasına səbəb olur. Buna görə də, qaz cihazı olan otaqda havalandırma, ventilyasiya və tüstü bacası mütləq işlək vəziyyətdə olmalıdır. Həmçinin, otağın ölçüsü də nəzərə alınmalıdır. Məsələn, iki gözlü qaz sobası üçün otağın sahəsi ən azı 8 kvadratmetr, üç gözlü qaz sobası üçün 12 kvadratmetr, dörd gözlü qaz sobası üçün isə 15 kvadratmetr olmalıdır. Bu qaydalara riayət edərək, qazdan daha təhlükəsiz istifadə etmək mümkündür". Asya Son.az
Alimlər Afrika qitəsinin iki hissəyə bölünməsinin vaxtını yenidən nəz
"Rusiya Federasiyası Ukrayna ilə bağlı danışıqlara hazırdır".
ABŞ Prezidenti Donald Trampın şəxsi iqamətgahı olan Mar-a-Laqonun yanında
"Roskaçestvo" rəsmi portalında "Rossiysky", "Tilsite
Rusiyanı müvəqqəti tərk edərək Maldiv adalarına istirahətə gedən mə�
Uzaq Şərq mətbəxi təkcə ləzzətləri ilə deyil, həm də sağlam həyat
Teleaparıcı Nigar Fərhad özü haqda maraqlı etiraf edib.
Londonda üz plastik cərrahı Dr. Julian De Silva Yunanıstanın gözəlliyinin
Bir neçə gündən sonra "Keşlə bazarı" yeni məkanda fəaliyyət�
Əməkdar artist Elnarə Abdullayeva oğlu Məhəmmədə toy edəcək.
İngiltərədə bir qadın özünü yaraşıqlı gənc kimi göstərərək yaxı
ABŞ prezidenti Donald Tramp cinsini dəyişən kişilərin kameralarında biolo
Paytaxt bazarlarında qaymaq tapmaq çətinləşib.