Ötən il spirtli içkilərdən 64 nəfər zəhərlənib Səbəblər nədir?
Digərləri 26 Yan 2025 14:22:00 96 0
Müvafiq qurumlar tərəfindən mütəmadi olaraq restoranlarda istər qida vasitələrinə, istərsə də alkoqollu və alkoqolsuz içkilərə nəzarət edilir, yoxlamalar aparılır. Belə yoxlamalardan biri də iki gün öncə paytaxtda yerləşən restoranlardan birində aparılıb və saxta alkoqollu içkilər aşkarlanıb. Bu içkilər insan sağlamlığı üçün hansı təhlükələri yaradır?
Bu xəbəri də oxu: Gəncədə avtomobillər toqquşdu: Xəsarət alan var
Öyrənmədən əvvəl ötən il məhz spirtli içkilərdən zəhərlənənlərin statistikasına nəzər salaq:
Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, 2024-cü il ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə alkoqoldan zəhərlənmə səbəbi ilə 64 nəfər qəbul edilib.
"Zəhərlənən şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Stasionar müalicələrdən sonra evə buraxılıblar",- deyə o əlavə edib.
Bəs spirtli içkilər nə vaxt zəhərlənmə yaradır?
Mövzu ilə bağlı Trend-ə danışan toksikoloq Aynur Məmmədova bildirib ki, spritli içkilər əsasən miqdarından çox qəbul edildikdə zəhərlənmə verir.
"İnsanlar, daha çox kişilər, bunu nəzarətsiz qəbul edəndə əvvəlcə sərxoşluq, daha sonra zəhərlənmə halları baş verir. Spirtli içkidən zəhərlənmə zamanı insanlarda ürəkbulanma, qusma, huşun itməsi, qıcolma, təzyiqin qalxması kimi hallar olur. Hətta kəskin ürək-damar və tənəffüs çatışmazlığına kimi gətirib çıxara bilir. Əgər alkoqollu içki qəbul edən adamda qusma, kəskin baş ağrısı, ürək ətrafında ağrılar varsa, dərhal təcili yardıma müraciət edib onu xəstəxanaya çatdırmaq lazımdır. Spirtli içkidən zəhərlənən şəxslərə özbaşına yardım etmək olmaz. Çünki xəstələr huşsuz vəziyyətdə olanda süni qusma refleksini yaradanda onlarda aspirasiya olunur. Aspirasiya odur ki, xəstə huşu özündən olmadığı üçün qusma zamanı idarə etməsi olmur və qusuntu kütləsi tənəffüs yollarına keçir. Bu zaman da tənəffüs çatışmazlığı yaranır. Hətta bu xəstənin ölümünə qədər gətirib çıxara bilir. Təəssüf ki, biz xəstəxanada belə hallara daha çox rast gəlirik. Evdə süni olaraq qusmanı yaratmaq istəyəndə və yaxud da xəstə huşsuz vəziyyətdə olanda, xəstədə qusma refleksi olanda çalışmaq lazımdır ki, xəstənin başını yan tərəfə çevirək. Başı arxaya tərəf qoymaq olmaz. Onda qusuntu kütləsi ağıza gəlir və tənəffüs yoluna düşür. Bu da ağır fəsadlar törədir və ölümə gətirib çıxara bilir", - o qeyd edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Hindistanı təbrik edib.
Donald Tramp administrasiyası Pentaqona daha əvvəl Co Bayden administrasiyas�
Donald Tramp administrasiyası Pentaqona daha əvvəl Co Bayden administrasiyas�
25 yanvar tarixində Ermənistan Baş nazirinin İctimai Televiziyaya verdiyi m�
Dünyada cinsiyyət dəyişdirmə əməliyyatları müxtəlif səbəblərdən ge
Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün m
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İran ərazisindən keçən ən
İsmayıllıda virusla bağlı bir nəfərin öldüyü bildirilir.
Abşeron rayonunun Məmmədli kəndində piyadanın xəsarət alması ilə nəti
Bakıda motosiklet sürücüsü polisə tabesizlik göstərib, yüksək sürətl
Koreya Xalq Demokratik Respublikası (KXDR) yanvarın 25-də sualtı bazalaşdı
Azərbaycanda gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Dubay şokoladı yeni qastronomik trendə çevrilib. Dünyanın hər yerindən i