2025ə rektorsuz girən universitetlər
Digərləri 04 Yan 2025 09:23:00 94 0
Azərbaycanda azı 5 ali təhsil müəssisəsi 2025-ci ilə rektoru olmadan daxil olub.
Bu xəbəri də oxu: İkardi ona xəyanət edən keçmiş arvadı ilə barışdı?
Son.az xəbər verir ki, bir sıra universtet və akademiyaların rektorları və rəisləri müxtəlif səbəblərdən vəzifələrindən azad edilib və yerlərinə təyinat olmayıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu rektoru Mustafa Babanlı olub. O, ötən ilin iyul ayında vəzifəsindən azad edilib. Rektorun səlahiyyətləri Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərova həvalə olunub.
Azərbaycan Dövlət Dəniz Akademiyası da rektorsuz universitetlər sırasındadır. Ali təhsil müəssisəsinin rektoru Heydər Əsədov parlamentin deputatı seçildikdən sonra vəzifəsindən azad edilib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov da Ali Məclisin deputatı seçildiyi üçün vəzifəsini itirib.
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov isə Qarabağ Universitetinə rektor təyin edilib. Onun yerinə hələlik təyinat olmayıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov bu ilin oktyabr ayında vəzifəsindən azad edilib. Akademiyanın rəisi vəzifəsinin icrası general-mayor Faiq Məmmədova həvalə edilib.
Qeyd edək ki, sözügedən ali təhsil müəssisələrində rektorun səlahiyyətlərini prorektorlar, rəis müavinləri icra edir.
2025-ci ildə rəhbərliyi olmayan universitetlərin hamısına rektor təyin ediləcəyi gözlənilir./modern.az
ABŞ Dövlət Departamenti qeyri-rəsmi olaraq Konqresə İsrailə 8 milyard dol
Müğənni Şəbnəm Tovuzluya Türkiyənin Ortaköy ərazisində 160 min dollar
Yevlax rayonunda 1981-ci il təvəllüdlü Vilayət şəxsi münasibətlər zəm
Nevroloqların araşdırmalarına görə, komada olan xəstələrin 30-40 faizi
2023-cü ildə ABŞ-ın birinci xanımı Cil Bayden Hindistanın baş nazirində
Hər il qəbul imtahanlarında keçid ballarında dəyişikliklər müşahidə e
Serbiyanın paytaxtı Belqradda yanvarın 1-dən ictimai nəqliyyat xidmətləri
Sağlam qidalanma orqanların qorunması və uzun ömür üçün əsas şərtdir
Xurma, A vitamini, lif, zülal və minerallarla zəngin olan şirin və ətirli
Osmanlı ilə bağlı bu ifadə Suriya dərsliklərindən çıxarıldı
İsveç alimləri son açıqlamaları ilə böyük müzakirələrə başlayıbla
Pepino meyvəsi, həm də "yerkökü melonu" və ya "narıncı ba
Nyu-Yorkdakı Veyl Kornell Tibb Mərkəzinin amerikalı alimləri qadınlar aras
Ayağı ayaq üstə aşırıb oturmaq ən zərərli və təhlükəli vərdişlə
2025-ci ilin yanvar ayında bir neçə maqnit qasırğası gözlənilir. Aşağ�