Bakıda kişi arvadının geyiminə görə toyda dava saldı


Digərləri 04 Yan 2025 08:30:00 82 0

Bakıda kişi arvadının geyiminə görə toyda dava saldı

Yevlax rayonunda 1981-ci il təvəllüdlü Vilayət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baldızı Nəsrinə (adlar şərti göstərilib - red.) xəsarət yetirib. 

Vilayət Nəsrinin yaşadığı evin həyətində onunla aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı o, alkoqol sərxoşluğu vəziyyətində əli ilə və təpiklə vuraraq Nəsrinə xəsarətlər yetirib. 

Hadisəni törədən Vilayətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vilayət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2023-cü ildə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə məhkum olunub, Yevlax rayon Məhkəməsi tərəfindən ona azadlığın məhdudlaşdırılması cəzası verilib: "Ailəliyəm, 2 övladım var. Zərərçəkmiş Nəsrin mənim həm baldızım, həm də qardaşımın arvadıdır".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 17:00-da qayınanasıgilin qonşusu, həm də onun tanışı olan Aynurənin övladının şadlıq sarayında keçirilmiş toy mərasiminə gedib: "Həmin toya qayınanam Nazilə, baldızlarım - Nəsrin, İradə, həyat yoldaşım Vüsalə və qızım Nuray da getdilər. Mən toyda araq içib sərxoş oldum. Orada qızım və həyat yoldaşımın geyindiyi paltarlar xoşuma gəlmədiyi üçün onlara evə getmələrini, əks halda toyu burunlarından tökəcəyimi dedim. Bunun üstündə orada bizimlə bir masada oturan baldızım Nəsrin ilə də aramızda mübahisə yarandı. Lakin həmin mübahisəni sərxoş olduğum üçün dəqiq xatırlamıram. Həyat yoldaşım və qızım sözümə məhəl qoymayaraq toyda oturdular və toy qurtarana yaxın qayınanamın evinə getdilər. Mən də onların sözümə baxmadıqlarından əsəbiləşdim, onların arxasınca qayınanamgilə getdim. Qapını döydüm və qapı açılanda qabağıma qayınanam çıxdı. Qayınanam qabağımda durduğu üçün onu vuraraq kənara itələdim. Həmin vaxt qızım və baldızım Nəsrinin oğlu Cəmil araya girərək məni sakitləşdirdilər". 

Vilayət bildirib ki, daha sonra evə Nəsrin də gəlib və həyətdə onun üstünə hücum edib: "Mən də həmin vaxt Nəsrini yumruq və təpiklə vurdum. Həmin vaxt Cəmil məni həyətdən çıxartdı. Mən də evimə getdim. Sonradan polis əməkdaşları evimə gələndə Nəsrinin məndən şikayət etdiyini bildim. Daha sonra polis əməkdaşları məni sərxoşluq müayinəsindən keçirdilər". 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nəsrinin sözlərinə görə, anası Nazilə, bacıları - İradə və Vüsalə, bacısı qızı Nuray, həm qaynı, həm də yeznəsi olan Vilayətlə birlikdə şadlıq sarayında qonşuları Aynurənin oğlunun toy mərasiminə gediblər: "Vilayət toyda spirtli içki içib sərxoş olandan sonra masamıza gələrək həyat yoldaşı Vüsaləyə bizim yanımızda oturmamasını, bizimlə birlikdə oynamağa durmamasını dedi. Mən Vilayətə yanımızdan aralaşmasını bildirdim. Lakin həmin vaxt Vilayət masanın üstündə olan stəkandakı suyu üzümə tökdü. Bundan sonra Vilayət təkrar bir neçə dəfə də masamıza gələrək mənə söz atdı və məni təhqir etdi. Bir müddət sonra anam və bacılarım Vilayətin hərəkətlərindən bezərək toydan getdilər. Lakin mən toyun axırına kimi gözlədim. Həmin gün saat 21.50-də toydan çıxaraq evə gələn zaman həyətdən səs-küy eşitdim. Yaşadığım evin həyətinə daxil olanda Vilayətin anam və bacılarım ilə mübahisə edərək onları döydüyünü gördüm. Vilayət də mənim gəldiyini görən kimi üstümə hücum çəkdi və sərxoş vəziyyətdə məni söyüb təhqir edərək təpiklə ayağıma vurdu. Sonra da əlim ilə qolumdan vuraraq mənə xəsarət yetirdi. Həmin vaxt oğlum Cəmil Vilayəti aralaşdıraraq apardı. Mən də bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim". 

Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vilayətin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. (demokrat.az)

Komada olan insan nə hiss edir? like
  • 04 Yan 08:29  
Digərləri Komada olan insan nə hiss edir?

Nevroloqların araşdırmalarına görə, komada olan xəstələrin 30-40 faizi

arrow Ətraflı
Baydenin həyat yoldaşı xarici liderlərdən görün nələr alıb? like
  • 04 Yan 08:08  
Dünya Baydenin həyat yoldaşı xarici liderlərdən görün nələr alıb?

2023-cü ildə ABŞ-ın birinci xanımı Cil Bayden Hindistanın baş nazirində

arrow Ətraflı
Keçid ballarında dəyişikliklər: Bu il nələr gözlənilir? like
  • 04 Yan 07:30  
Digərləri Keçid ballarında dəyişikliklər: Bu il nələr gözlənilir?

Hər il qəbul imtahanlarında keçid ballarında dəyişikliklər müşahidə e

arrow Ətraflı
Bu şəhərdə ictimai nəqliyyatdan istifadə pulsuz oldu like
  • 04 Yan 07:07  
Dünya Bu şəhərdə ictimai nəqliyyatdan istifadə pulsuz oldu

Serbiyanın paytaxtı Belqradda yanvarın 1-dən ictimai nəqliyyat xidmətləri

arrow Ətraflı
Faydası yüzdə yüz sübut olunub: Gündə bir ədəd yeyən həkim üzü görmür like
  • 04 Yan 06:06  
Digərləri Faydası yüzdə yüz sübut olunub: Gündə bir ədəd yeyən həkim üzü görmür

Sağlam qidalanma orqanların qorunması və uzun ömür üçün əsas şərtdir

arrow Ətraflı
Cənnət xurmasının heç kimin bilmədiyi zərəri məlum oldu like
  • 04 Yan 05:05  
Digərləri Cənnət xurmasının heç kimin bilmədiyi zərəri məlum oldu

Xurma, A vitamini, lif, zülal və minerallarla zəngin olan şirin və ətirli

arrow Ətraflı
“Osmanlı işğalı dövrü” ifadəsi “Osmanlı hakimiyyəti dövrü” ilə əvəzləndi like
  • 04 Yan 04:04  
Dünya “Osmanlı işğalı dövrü” ifadəsi “Osmanlı hakimiyyəti dövrü” ilə əvəzləndi

Osmanlı ilə bağlı bu ifadə Suriya dərsliklərindən çıxarıldı

arrow Ətraflı
Qan şəkərini tarazlayan enerji deposu  pepinonun sirli möcüzəsi like
  • 04 Yan 02:02  
Digərləri Qan şəkərini tarazlayan enerji deposu pepinonun sirli möcüzəsi

Pepino meyvəsi, həm də "yerkökü melonu" və ya "narıncı ba

arrow Ətraflı
Qadın sərxoşluğunun hormonal səbəbi açıqlandı like
  • 04 Yan 01:01  
Digərləri Qadın sərxoşluğunun hormonal səbəbi açıqlandı

Nyu-Yorkdakı Veyl Kornell Tibb Mərkəzinin amerikalı alimləri qadınlar aras

arrow Ətraflı
Ayağı ayaq üstə aşırıb oturmaq qorxulu xəstəliklər yaradır like
  • 04 Yan 00:48  
Digərləri Ayağı ayaq üstə aşırıb oturmaq qorxulu xəstəliklər yaradır

Ayağı ayaq üstə aşırıb oturmaq ən zərərli və təhlükəli vərdişlə

arrow Ətraflı
Yanvarın bu günlərində diqqətli olun!  XƏBƏRDARLIQ like
  • 04 Yan 00:36  
Digərləri Yanvarın bu günlərində diqqətli olun! XƏBƏRDARLIQ

2025-ci ilin yanvar ayında bir neçə maqnit qasırğası gözlənilir. Aşağ�

arrow Ətraflı
"Uşaq olmayanda günahı qızda görürlər, bəyəm oğlanlarımız sağlamdır?" like
  • 04 Yan 00:24  
Digərləri "Uşaq olmayanda günahı qızda görürlər, bəyəm oğlanlarımız sağlamdır?"

Azərbaycanda yeni doğulan körpələrin xəstələnməsi, 1 yaşına qədər �

arrow Ətraflı
Bu tarixdə insanlar yox ola bilər  Alimlərdən qorxulu proqnozlar like
  • 04 Yan 00:12  
Dünya Bu tarixdə insanlar yox ola bilər Alimlərdən qorxulu proqnozlar

Alimlərin proqnozlarına görə, Yer planetində temperatur insan həyatı üç

arrow Ətraflı
Bakıda sərnişinlər “skoç”lu avtobusla gedirlər like
  • 04 Yan 00:05  
Digərləri Bakıda sərnişinlər “skoç”lu avtobusla gedirlər

Biləcəri istiqamətində hərəkət edən 91 saylı müntəzəm marşrut xətt

arrow Ətraflı