Yanvarda hava belə olacaq


Digərləri 29 Dek 2024 18:47:00 79 0

Yanvarda hava belə olacaq

Yanvar ayına olan hava proqnozu açıqlanıb. 

Son.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə adətən yanvar ayında ölkə ərazisi daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır, buna görə də yanvar ayı nisbətən soyuq keçir. Yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın,  yağıntının miqdarının da iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Yanvar ayının ilk həftəsi hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq  küləyi əsəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-28 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 1-3 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə  6-11 dərəcə şaxta, dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-25 mm).   Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, dağlarda 14-19 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox  olacağı gözlənilir (norma 15-28 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması  daxilindədir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, dağlarda 3-8 dərəcə şaxta, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-30 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox  olacağı gözlənilir (norma 10-32 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,  Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında  havanın orta aylıq temperaturunun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 6-11 dərəcə şaxta, dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, bəzi günlərdə 18-23 dərəcə şaxta, gündüzlər  6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox  olacağı gözlənilir (norma 22-49 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu gecə 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox  olacağı  gözlənilir (norma 17-31 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi  günlərdə 0-5 dərəcə şaxta, dağlarda 0-5 dərəcə şaxta, bəzi günlərdə 8-13 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox  olacağı gözlənilir (norma 44-98 mm).

Xalq artisti 89u səssizsədasız QARŞILADI like
  • 29 Dek 18:40  
Kriminal Xalq artisti 89u səssizsədasız QARŞILADI

Azərbaycanın Xalq artisti, keçmiş deputat, məşhur müğənni Zeynəb Xanla

arrow Ətraflı
“WhatsApp” bu smartfonlarda işləməyəcək like
  • 29 Dek 18:32  
Digərləri “WhatsApp” bu smartfonlarda işləməyəcək

"WhatsApp" 2025-ci il yanvarın 1-dən etibarən bəzi "Android&q

arrow Ətraflı
Bakıda müalicəsi davam edən qəza yaralılarının kimliyi BİLİNDİ like
  • 29 Dek 18:24  
Digərləri Bakıda müalicəsi davam edən qəza yaralılarının kimliyi BİLİNDİ

AZAL-ın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nət

arrow Ətraflı
Hərbi xidmətlə bağlı bu dəyişikliklər təsdiqləndi like
  • 29 Dek 18:19  
Siyasət Hərbi xidmətlə bağlı bu dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində

arrow Ətraflı
Bunu edənlər 2500 manat cərimələnəcək like
  • 29 Dek 18:14  
Siyasət Bunu edənlər 2500 manat cərimələnəcək

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 2500 manatadək c�

arrow Ətraflı
Prezidentdən SOCARla bağlı SƏRƏNCAM like
  • 29 Dek 18:12  
Siyasət Prezidentdən SOCARla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev qaz təchizatı sahəsində idarəetmənin təkmilləş

arrow Ətraflı
Ovçuların nəzərinə: 2 ilədək məhdudlaşdırma ola bilər like
  • 29 Dek 18:10  
Siyasət Ovçuların nəzərinə: 2 ilədək məhdudlaşdırma ola bilər

Ov etmək qaydalarını pozan şəxslərin iki ilədək müddətə ov hüququ m�

arrow Ətraflı
Bu şəxslər 1500 manat cərimə ediləcək like
  • 29 Dek 18:08  
Digərləri Bu şəxslər 1500 manat cərimə ediləcək

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılıb.

arrow Ətraflı
İlham Əliyev bir sıra qanunlarda dəyişikliyi təsdiqlədi like
  • 29 Dek 18:07  
Siyasət İlham Əliyev bir sıra qanunlarda dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev "Heyvanlar aləmi haqqında", "Ətraf m�

arrow Ətraflı
10 il əvvəl yoxa çıxan təyyarədən XƏBƏR VAR like
  • 29 Dek 18:04  
Dünya 10 il əvvəl yoxa çıxan təyyarədən XƏBƏR VAR

Malayziya hökuməti bu yaxınlarda 10 ildən çox əvvəl izsiz yoxa çıxan Ma

arrow Ətraflı
Prezident bu qanunu təsdiqlədi like
  • 29 Dek 17:54  
Siyasət Prezident bu qanunu təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsind�

arrow Ətraflı
Bu xarici universitetlərdə dövlət hesabına oxumaq olar like
  • 29 Dek 17:53  
Digərləri Bu xarici universitetlərdə dövlət hesabına oxumaq olar

2025-2026-cı tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu

arrow Ətraflı
Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi 30a endirildi like
  • 29 Dek 17:46  
Siyasət Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi 30a endirildi

Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi aşağı endirilib.

arrow Ətraflı
Baş yepiskop Sergey Ryaxovski Prezidentə başsağlığı verib like
  • 29 Dek 17:45  
Siyasət Baş yepiskop Sergey Ryaxovski Prezidentə başsağlığı verib

Rusiya Federasiyasının baş yepiskopu Sergey Ryaxovski Prezident İlham Əliye

arrow Ətraflı