Bu xarici universitetlərdə dövlət hesabına oxumaq olar
Digərləri 29 Dek 2024 17:53:00 61 0
2025-2026-cı tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib.
Bu xəbəri də oxu: Yeni səhifə açıldı: indi Azərbaycan yardım edir!
Son.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Növbəti tədris ili üçün təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır. Bununla yanaşı, bu il namizədlər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər.
Siyahıda bakalavriat səviyyəsi üzrə 1311, magistratura səviyyəsi üzrə isə 3094 proqram yer alır.
Siyahıda yer alan ali təhsil müəssisələrindən 15 prioritet ixtisas sahəsi əsas götürülməklə doktorantura proqramlarına qəbul almış şəxslər Dövlət Proqramına doktorantura səviyyəsi üzrə müraciət edə bilərlər.
Namizədlər, eyni zamanda, 2025-ci ilin "Times Higher Education" və "QS World University Rankings" reytinq cədvəllərində ilk onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahələri üzrə bakalavriat, magistratura və doktorantura proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə biləcəklər.
Mədəniyyət və incəsənət sahəsi üzrə də nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları üzrə namizədlərin müraciətləri qəbul ediləcək.
Müvafiq siyahı ilə keçiddən tanış olmaq mümkündür.
Qeyd edək ki, ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq Dövlət Proqramına qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub ki, 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.
Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi aşağı endirilib.
Rusiya Federasiyasının baş yepiskopu Sergey Ryaxovski Prezident İlham Əliye
Polis Qaradağ rayonunda özünü kommunal xidmət işçisi kimi təqdim edərə
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Hava Yollar�
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Hava Yollar�
Koreya Respublikasının prezidenti vəzifəsini icra edən baş nazirin müavin
Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar
Donald Trampın Ukraynanın NATO üzvlüyü ilə bağlı təklifi Rusiyanı qane
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarədə h�
Qarşıdan yeni il gəlir. Hər il olduğu kimi, 2024-cü il də həm xoş, həm
Azərbaycanda istirahət mərkəzində ölüm hadisəsi baş verib.
Nazirlər Kabineti 24 may 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş &qu
Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolunu canlandıracağı "Eşr
"Azərbaycan Hava Yolları" nın (AZAL) ekipajı Qazaxıstanın Aktau
Təyyarə qəzasında xəsarət alan qırğızıstanlı Rinat Asanov komadan ç�