“La Gazette du Caucase” AZAL ekipajının göstərdiyi peşəkarlıq və qəhrəmanlıqdan yazdı
Digərləri 29 Dek 2024 15:54:00 84 0
"Azərbaycan Hava Yolları" nın (AZAL) ekipajı Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən faciəvi təyyarə qəzası zamanı müstəsna peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirib.
Bu xəbəri də oxu: Gündə bir ovuc püstə yeməklə...
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransanın "La Gazette du Caucase" onlayn qəzetinin məqaləsində deyilir.
"AZAL təyyarəsinin qəzası ilə bağlı yeni detallar ortaya çıxdıqca, mütəxəssislər və ictimaiyyət ekipajın göstərdiyi şücaətə daha çox heyran qalır, onları qəhrəman adlandırırlar. Pilotlar və bort bələdçiləri son ana qədər fədakarlıqla vəzifələrini icra edərək sərnişinlərin həyatını xilas etməyə çalışıblar. Təyyarə qəzası nəticəsində ekipaj üzvlərindən beş nəfərdən üçü - kapitan İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və bort bələdçisi Hökümə Əliyeva həyatını itirib.
İqor Kşnyakin 15 000 saatdan çox uçuş təcrübəsinə malik olub, bunun 11 200 saatı hava gəmisinin kapitanı kimi uçuşlara aiddir. Onu yüksək peşəkarlığı və təcrübəsi ilə tanıyırdılar və onun itkisi Azərbaycan aviasiyası üçün böyük zərbə olub. İkinci pilot Aleksandr Kalyaninov da qəza zamanı az təcrübəsinə baxmayaraq öz işinə böyük sadiqlik göstərib. Hökümə Əliyevanın sakitləşdirici səsi sərnişinləri ən çətin anlarda dəstəkləyib. Bildirilir ki, o, aviasiyanı tərk edib hüquq sahəsində fəaliyyət göstərməyi planlaşdırırdı, lakin taleyin hökmü fərqli oldu.
AZAL ekipajı çıxılmaz görünən vəziyyətdə onlarla insanın həyatını xilas edərək fövqəladə peşəkarlıq və şücaət nümayiş etdirib", - deyə məqalədə qeyd olunub.
Xatırladaq ki, bu gecə "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.
Qeyd edək ki, daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Təyyarə qəzasında xəsarət alan qırğızıstanlı Rinat Asanov komadan ç�
Quba rayonunda təbii meyvə konsentratı istehsalı ilə məşğul olacaq KOB k
ABŞ-ın hazırkı prezidenti Co Bayden, şəxsi söhbətlərində dövlət baş
Faciə xəbərini sosial şəbəkələrdə gördük.
Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik.
Mən onların (pilotların - red.) fəaliyyətini, peşəkarlığını, fədakar
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində AZAL-a mə
Füzelyajın (qəzaya uğramış təyyarənin - red.) dəlik-deşik olması quş
Cənubi Koreyanın Muan hava limanında bu gün səhər baş verən təyyarə q
Hərbi cinayətkar Ruben Vardanyanın cinayət işi icraata verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyas�
Aparıcı Zümrüd Bədəlovanın adından dələduzluq edilib.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hökumətini Azərbaycan Hava Yolla
İsrailin baş naziri Benyamin Netanyahu sabah prostat vəzi əməliyyatı olun