Azərbaycanda ilk KOB klaster şirkəti yaradılıb FOTO
Digərləri 29 Dek 2024 15:40:00 95 0
Quba rayonunda təbii meyvə konsentratı istehsalı ilə məşğul olacaq KOB klaster şirkətinə KOB klaster şəhadətnaməsi təqdim edilib.
Bu xəbəri də oxu: Boşanmalar günügündən artır: Günahkar kimdir?
Ölkədə ilk KOB klaster şirkəti olan "Frutena KOB klaster şirkəti" MMC artıq dövlət qeydiyyatına alınıb. KOB klaster şirkəti Quba rayonunun ərazisində alkoqolsuz içkilərin istehsalında istifadə ediləcək təbii meyvə konsentratı istehsal edəcək.
4 hektar ərazidə yerləşəcək zavodun 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır. Zavodda illik 4 min ton alma konsentratı istehsal edilməsi nəzərdə tutulur ki, bunun üçün 28-30 min ton almadan istifadə olunması proqnozlaşdırılır. KOB klaster şirkətinin fəaliyyəti üçün 15 milyon manat investisiya yatırılacağı və layihə çərçivəsində ilkin mərhələdə 30 nəfərin daimi işlə təmin ediləcəyi nəzərdə tutulur.
Artıq KOB klaster şirkətinin 10 iştirakçısı müəyyənləşdirilib. KOB klaster şirkətinin iştirakçılarının sayının artması nəzərdə tutulur. Bunun üçün Quba və ətraf rayonlarda fəaliyyət göstərən təsərrüfat sahibləri şirkətə müraciət edə bilərlər.
KOB klaster şirkətinin fəaliyyətə başlaması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən KOB klasterin yaradılmasının maliyyə-iqtisadi əsaslandırılması və funksional xəritəsinin hazırlanması, KOB klasterinin iştirakçılarının tapılması, KOB klasterinin qeydiyyata alınması istiqamətində müvafiq dəstək göstərilib.
KOB klaster şirkətinin fəaliyyətə başlaması ilə ölkəmizdə alkoqolsuz içkilərin istehsalında istifadə edilən təbii meyvə konsentratı istehsalı sahəsində idxaldan asılılığın azalması, bu sahədə ixrac imkanlarının artması, Quba-Xaçmaz iqtisadi rayonunda yerləşən bağlarda və həyətyanı təsərrüfatlarda yetişdirilən meyvələrin satılması ilə bağlı çətinliyin aradan qalxması proqnozlaşdırılır.
Gələcəkdə müəssisənin məhsul qablaşdırmasında istifadə edəcəyi dəmir çəlləklərin və aseptik salafan torbaların idxalından asılılığın azaldılması üçün klaster daxilində yerli istehsalın inkişaf etdirilməsi də planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. İlk KOB klaster şirkəti olan "Frutena KOB klaster şirkəti" MMC bu güzətlərdən yararlanacaq. Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klasteri fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azad olunub. KOB klasterinin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad ediləcəkdir.
"Bakı KOB evi"ndə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "Frutena KOB klaster şirkəti" MMC-nin rəhbərliyi arasında görüş keçirilib. Görüş çərçivəsində şirkətə KOB klaster şəhadətnaməsi təqdim olunub.
ABŞ-ın hazırkı prezidenti Co Bayden, şəxsi söhbətlərində dövlət baş
Faciə xəbərini sosial şəbəkələrdə gördük.
Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik.
Mən onların (pilotların - red.) fəaliyyətini, peşəkarlığını, fədakar
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində AZAL-a mə
Füzelyajın (qəzaya uğramış təyyarənin - red.) dəlik-deşik olması quş
Cənubi Koreyanın Muan hava limanında bu gün səhər baş verən təyyarə q
Hərbi cinayətkar Ruben Vardanyanın cinayət işi icraata verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyas�
Aparıcı Zümrüd Bədəlovanın adından dələduzluq edilib.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hökumətini Azərbaycan Hava Yolla
İsrailin baş naziri Benyamin Netanyahu sabah prostat vəzi əməliyyatı olun
2025-ci il bəzi bürclər üçün münasibətlərdə dəyişiklik ili olacaq.