Bakıda müalicəsi davam edən qəza yaralılarının kimliyi BİLİNDİ
Digərləri 29 Dek 2024 18:24:00 90 0
AZAL-ın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıda müalicəsi davam edən 14 nəfərin kimliyi məlum olub.
Bu xəbəri də oxu: Zurabişvili Yeni ili küçədə etirazçılarla qarşıladı
Son.az bildirir ki, Yeni Klinikada müalicəsi davam edən şəxslər aşağıdakılardır:
1. Devrişov Tofik 2. Devrişov Samir 3. Bayramzadə Ayhan 4. Əliyev Zamin 5. Cəlilov Nizami 6. Qədirov Heydər 7. Şabanova Vafa 8. Əsədov Zülfüqar 9. Cəfərov Toğrul 10. Siracov Nurullah 11. Papaxov Mahəmməd 12. Ceerova Salihət 13. Rəhimli Aydan 14. Carayev Mahir
Siyahıda yer alan yaralılardan Mahir Carayevin müalicəsi reanimasiya şöbəsində, digərlərinin isə palata şəraitində aparılır.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb. /Report.az
Rusiyanın Novosibirsk vilayəti Qanunvericilik Məclisinin sədr müavini Prezi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 2500 manatadək c�
Prezident İlham Əliyev qaz təchizatı sahəsində idarəetmənin təkmilləş
Ov etmək qaydalarını pozan şəxslərin iki ilədək müddətə ov hüququ m�
Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılıb.
Prezident İlham Əliyev "Heyvanlar aləmi haqqında", "Ətraf m�
Malayziya hökuməti bu yaxınlarda 10 ildən çox əvvəl izsiz yoxa çıxan Ma
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsind�
2025-2026-cı tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu
Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi aşağı endirilib.
Rusiya Federasiyasının baş yepiskopu Sergey Ryaxovski Prezident İlham Əliye
Polis Qaradağ rayonunda özünü kommunal xidmət işçisi kimi təqdim edərə
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Hava Yollar�
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Hava Yollar�