Könülü öldürüb fotosunu sosial şəbəkədə paylaşan Elvinə hökm oxundu
Digərləri 07 Dek 2024 14:28:00 98 0
Bu il martın 2-si itkin düşən və mayın 14-ü Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini 22 yaşlı Könül Ağayevanın qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.
Bu xəbəri də oxu: Bakıda AzərbaycanTürkiyə İş Adamları Birliyinin konfransı keçirilir
Son.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində 2003-cü il təvəllüdlü Elvin İsmayılzadəyə hökm oxunub.
O, Cinayət Məcəlləsinin 120.2.9 və 326-cı (Köməksiz vəziyyətdə olan adamı öldürmə və rəsmi sənədləri məhvetmə) maddələri ilə təqsirli bilinib. Elvinə 19 il 6 ay həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, Lənkəran Dövlət Universitetinin 4-cü kurs tələbəsi olan Könül 2023-cü ildə bir müddət evli olub, daha sonra ayrılıb. Bildirilir ki, anası Könül onun sözünə baxmadığı üçün qızından imtina edib və o, nənəsinin himayəsində yaşayıb.
Daha sonra Könül Lənkəranda olarkən orada dönərçi işləyən Elvinlə tanış olub və aralarında münasibət yaranıb.
Hadisədən əvvəl isə Könül Ağayeva Cəlilabaddan bəzi əşyalarını götürərək Lənkəran şəhərinə gedib və bir müddət burada yaşayıb. Elvin ona ailə qurmaq istəmədiyini bildirib, Könülün onunla fikrinin ciddi olduğunu gördükdən sonra isə gənc qızı qətlə yetirmək qərarına gəlib. O, K.Ağayevanı məftillə boğub öldürdükdən sonra dostu Xəyalla birgə meyiti evin zirzəmisində basdırıb.
Qətl hadisəsindən sonra Könülün nənəsinin istəyi ilə Elvin Bakıda onunla görüşüb, lakin qızdan xəbərinin olmadığını bildirib. Həmçinin Elvin sosial şəbəkələrdə Könülün fotosunu paylaşaraq onun itkin düşməsi barədə elanlar paylaşıb və axtardığı barədə görüntü yaratmağa çalışıb.
Qeyd edək ki, bu ilin may ayında Könülün qətlə yetirilməsinin məlum olması və meyitinin tapılmasından bir neçə gün sonra nənəsi də vəfat edib./qafqazinfo.az
"NASA" mühəndisi Kristina Kox (Christina Koch), 2025-ci il Ay missiy
Astarada qatarın vurduğu piyadanın son vəziyyəti ilə bağlı Lənkəran ra
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1
Son günlər ölkəmizdə qış mövsümündə havanın temperaturunun aşağı
Azərbaycanda keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər&
Elnarə Abdullayevanın qayınanası xəstəxanaya yerləşdirilib.
Son vaxtlar bir çox şirkətlərdə, özəl müəssisələrdə işə götürül
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqay
"Geyim seçərkən diqqət yetirilməsi vacib olan bir neçə əsas amil va
Naxçıvanda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş
Ermənistan müdafiə naziri Suren Papikyanın Pentaqon rəhbəri Lloyd Ostinlə
"Micro Leasing and Factoring" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC)
"Qeydiyyatsız yaşayan sakinlərin sayı çoxdur. Bu da uşaqların təhs
Bakıda və rayonlarda dekabrın 8-də hava şəratinin bəzi yerlərdə fasilə