Bu avtomobilləri almaq istəyənlərin NƏZƏRİNƏ!
Digərləri 23 Dek 2024 23:54:00 59 0
Sükanı sağdan sola keçirilmiş avtomobilləri alan şəxslər problemlərlə üzləşirlər.
Bu xəbəri də oxu: Honda tam elektrikli modellərinin FOTOlarını paylaşdı
Son.az Xəzər TV-yə istinadən bildirir ki, qiyməti aşağı olduğundan belə avtomobillərə maraq göstərənlər çoxdur. Lakin alanların çoxu sonradan problemlərlə üzləşirlər.
Avtomobil ustaları deyirlər ki, sükanı sağdan sola keçirilmiş avtomobillərdə tez-tez qüsurlar yaranır.
Belə avtomobillər xüsən Yaponiya istehsalı olur. Ölkəmizə belə maşınların gətirilməsi qadağan olduğundan elə oradaca sükanı sağdan sola keçirilir. Bu da sonradan bir sıra problemlər yaradır. Avtomobil nəqliyyatı üzrə ekspert Eldəniz Cəfərov deyir ki, sükan sisteminin dəyişdirilməsi zamanı bəzi avtomobillərdə standartlara uyğun olmayan ehtiyat hissələrindən istifadə edilir. Bu isə ciddi təhlükələr yaradır.
Ekspert bildirib ki, həmin avtomobillərdə dönmə bucağı, qısaqapanma, təhlükəsizlik yastıqlarının açılmaması, sensorların və digər elektron sistemlərin düzgün işləməməsi kimi müxtəlif problemlər yarana bilir. Bu da ya qəzanı, ya da qəza zamanı daha ağır fəsadları qaçılmaz edir.
Eldəniz Cəfərovun sözlərinə görə, bu cür avtomobillərin bazar dəyəri nisbətən aşağı olur. Ən yaxşı seçim orijinal sükanlı və düzgün texniki baxışdan keçmiş avtomobil almaqdır.
Xatırladaq ki, Azərbaycanda sükanı sağda olan avtomobillərin idarə edilməsi 1998-ci ildən qadağandır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. Son.az
Gələcək planlarımızdan biri odur ki, universitet tələbələrinə təhsil
Suriyada Bəşər Əsəd hakimiyyəti dövründən qalmış hərbi texnikadan m�
ABŞ hökuməti yalnız iki cinsi tanıyan rəsmi siyasəti tətbiq etməyi plan
"Hamı bilir ki, narkotikdən istifadə etmişəm. Bu mövzunun açılmağ�
Nəsimi rayonu, 3-cü mikrorayon, Alı Mustafayev küçəsində yerləşən 29 s
"AGA Şirkətlər Qrupu" QSC və Qafar Aydın oğlu Dəmirçi barəsin
Abşeron rayon Xırdalan şəhər 10 saylı tam orta məktəbin keçmiş direkto
"TikTok" sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə
Xalq artisti Nazpəri Dostəliyeva ad gününü "Qonaqcanlı" veriliş
Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi axşam yeni hökumətini açıql
"ABŞ-nin Azərbaycandakı Səfirliyinin insan hüquqlarını müdafiəsi a
Almaniya Gürcüstanla 237 milyon avro dəyərində layihələrin icrasını day
Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkədə keçiriləcək nö
Slovakiya müxalifəti Baş nazir Robert Fitsonun Moskvaya səfəri və Rusiya