"Azərbaycanda keçirilən konfrans ölkələr arasında münasibətlərin inkişafına töhfə verəcək"
Siyasət 07 Dek 2024 13:51:00 107 0
Azərbaycanda keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq konfrans çox yüksək səviyyədə təşkil olunub.
Bu xəbəri də oxu: QAİ ABŞnin Azərbaycandakı Səfirliyinin bəyanatını qınadı
Trend xəbər verir ki, bu barədə "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq konfrans çərçivəsində Gürcüstan Parlamentinin İnsan hüquqları və vətəndaş inteqrasiyası komitəsinin sədr müavini Savalan Mirzəyev jurnalistlərə açıqlamasında deyib
O qeyd edib ki, bu konfrans ölkələr arasında münasibətlərin inkişafına töhfə verəcək.
"Fürsətdən istifadə edib, ölkənizdə keçirilən növbədənkənar parlament seçkilərinə görə Azərbaycan xalqını təbrik edirəm. Düşünürəm ki, bu cür konfransların keçirilməsi Azərbaycanın inkişafına, qonşu ölkələrlə əlaqələrin inkişafına imkan verəcək", - deyə o əlavə edib.
O əlavə edib ki, Azərbaycan-Gürcüstan parlamentləri arasında mütəmadi şəkildə birgə layihələr həyata keçirilir, müzakirələr aparılır.
Qeyd edək ki, konfransın gündəliyində parlamentlərin müasir qlobal proseslərdəki rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının təqdim etdiyi imkanlar və parlament müzakirələrindən doğan fikir mübadiləsinin qlobal çağırışların həllinə töhfəsi ilə bağlı müzakirələr yer alır.
Konfrans çərçivəsində "Azərbaycan və Türkiyə parlamentlərinin ictimai diplomatiya nümunələri" mövzusunda dəyirmi masa təşkil ediləcək. Həmçinin, tədbir iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərləri və həmin ərazilərdə aparılan tikinti və bərpa işləri ilə tanışlığı da nəzərdə tutulub.
Elnarə Abdullayevanın qayınanası xəstəxanaya yerləşdirilib.
Son vaxtlar bir çox şirkətlərdə, özəl müəssisələrdə işə götürül
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqay
"Geyim seçərkən diqqət yetirilməsi vacib olan bir neçə əsas amil va
Naxçıvanda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş
Ermənistan müdafiə naziri Suren Papikyanın Pentaqon rəhbəri Lloyd Ostinlə
"Micro Leasing and Factoring" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC)
"Qeydiyyatsız yaşayan sakinlərin sayı çoxdur. Bu da uşaqların təhs
Bakıda və rayonlarda dekabrın 8-də hava şəratinin bəzi yerlərdə fasilə
Sen-Martin - Karib dənizinin incisi, türkuaz suların çərçivələdiyi mənz
Məşhur "TikTok" sosial şəbəkə platforması ABŞ-də qadağan ol
Xırdalan şəhəri ərazisində quldurluq hadisəsi barədə polisə məlumat d
Bakıda evdən qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb.