"Orta Dəhliz Qazaxıstandan Avropaya “yaşıl” ammonyakın nəqli üçün ən əlverişli marşrutdur"


Digərləri 25 Noy 2024 08:51:00 124 0

"Orta Dəhliz Qazaxıstandan Avropaya “yaşıl” ammonyakın nəqli üçün ən əlverişli marşrutdur"

Orta Dəhliz Qazaxıstandan Avropa bazarına "yaşıl" ammonyakın nəqli üçün ən əlverişli marşrutdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində "Hyrasia One" layihəsinin investisiya direktoru və "SVEVIND Energy" şirkətinin Qazaxıstandakı regional nümayəndəsi Aynur Tumışeva bildirib.

A.Tumışeva izah edib ki, Almaniyanın "SVEVIND Energy Group" şirkəti tərəfindən Qazaxıstanın Manqistau vilayətində həyata keçirilən "Hyrasia One" layihəsi "yaşıl" hidrogen istehsalı zavodunun inşasını nəzərdə tutur.

"Hyrasia One" layihəsi üzərində artıq üç ildir çalışırıq. Hələ erkən mərhələdə olmağımıza baxmayaraq, mühüm irəliləyişlərə nail olmuşuq. "Genesis" konsaltinq şirkəti ilə ilkin layihə tədqiqatlarını tamamlamışıq, ekoloji və sosial qiymətləndirmələrə başlamışıq və lazım olan icazə və resursların əldə olunması prosesindəyik", - deyə o qeyd edib.

İnvestisiya direktoru vurğulayıb ki, "Hyrasia One" layihəsi "yaşıl" bir təşəbbüsdür və layihə iştirakçıları Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən müəyyən edilmiş beynəlxalq ekoloji standartlara sadiqdirlər.

Onun sözlərinə görə, hazırda aparılan ekoloji və sosial təsirin qiymətləndirilməsi çərçivəsində biomüxtəliflik, su resurslarının istifadəsi, arxeoloji tədqiqatlar və quşlar ilə yarasaların miqrasiyası kimi aspektlər nəzərə alınır. Bu tələblərə riayət etmək layihənin ən yüksək ekoloji standartlara uyğunluğunu təmin edir.

"Layihənin tikintisindən istismarına qədər bütün mərhələlərdə ekoloji təsiri minimuma endirməyə çalışırıq. Bu, yalnız maliyyə cəlb etmək üçün deyil, həm də "yaşıl" enerjinin inkişafı üzrə öhdəliklərimizi yerinə yetirmək baxımından vacibdir", - deyə A.Tumışeva izah edib.

"Hyrasia One" layihəsi çərçivəsində "yaşıl" ammonyakın nəqli ilə bağlı logistik işlər də aparılır. Direktorun sözlərinə görə, istehsal olunan "yaşıl" hidrogen daşınmanı asanlaşdırmaq üçün ammonyaka çevriləcək.

"Yaşıl ammonyak uzunmüddətli nəql üçün istifadə etdiyimiz enerji daşıyıcısıdır. Biz tərəfdaşımız "Deutsche Bahn" ilə Qazaxıstanı Avropa və Asiya ilə birləşdirən mövcud infrastruktur dəhlizlərini araşdıraraq, hərtərəfli logistik qiymətləndirmə aparmışıq", - deyə o bildirib.

A.Tumışevanın sözlərinə görə, "yaşıl" ammonyakın Avropaya nəqli üçün ən əlverişli marşrut Xəzər dənizindən keçərək, Azərbaycan üzərindən keçən Orta Dəhlizdir.

"Orta dəhliz vasitəsilə yaşıl ammonyak nəqlinin texniki imkanlarını qiymətləndirdik və bunun tamamilə mümkün olduğu qənaətinə gəldik. Burada hər şey Avropadakı alıcılarla uzunmüddətli "al və ya ödə" müqavilələrinin bağlanmasından asılı olacaq. Avropada tələbat olsa, ammonyak böyük ehtimalla Azərbaycan vasitəsilə göndəriləcək", - deyə A.Tumışeva bildirib.

O əlavə edib ki, layihənin uğuru "yaşıl" ammonyak üçün sabit tələbatı təmin edəcək etibarlı müqavilələrin bağlanmasından asılı olacaq, çünki bu, nəqliyyat infrastrukturuna qoyulan investisiyaların əsaslandırılmasına imkan verəcək.

Sevgilisindən Günaya hədiyyə like
  • 25 Noy 08:43  
Şou-biznes Sevgilisindən Günaya hədiyyə

Müğənni Günay İbrahimli paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Avtobusdan istifadə edənlərin nəzərinə!  Bu gündən... like
  • 25 Noy 08:21  
Digərləri Avtobusdan istifadə edənlərin nəzərinə! Bu gündən...

Hərəkət sxemləri dəyişdirilən və müvəqqəti ləğv edilən marşrutlar

arrow Ətraflı
Balıq bazarında vəziyyət necədir?  yerli yoxsa xarici balıqları almalı? like
  • 25 Noy 08:09  
Digərləri Balıq bazarında vəziyyət necədir? yerli yoxsa xarici balıqları almalı?

Balıq bazarında yerli məhsulların qiyməti bahalaşıb, alıcı sayı azalı

arrow Ətraflı
Türkiyə ermənipərəst jurnalisti ölkəyə buraxmadı like
  • 25 Noy 08:00  
Digərləri Türkiyə ermənipərəst jurnalisti ölkəyə buraxmadı

Kanadalı jurnalist Neil Hauerin Türkiyəyə girişinə qadağa qoyulub.

arrow Ətraflı
Minimalizmə necə keçmək olar? like
  • 25 Noy 07:45  
Digərləri Minimalizmə necə keçmək olar?

Minimalizm, daha sadə və dəyər yönümlü bir həyat tərzini qəbul etmək

arrow Ətraflı
Öz yuxumuzu yoza bilərik? like
  • 25 Noy 07:33  
Digərləri Öz yuxumuzu yoza bilərik?

Bəli, insanlar müəyyən qədər öz yuxularını formalaşdıra və ya təsir

arrow Ətraflı
"Milyon milçək bir zibilə qonur, gedin su için" like
  • 25 Noy 07:17  
Şou-biznes "Milyon milçək bir zibilə qonur, gedin su için"

"İnstaqramdan televiziyada nələr baş verdiyini izləyirəm, biabırçı

arrow Ətraflı
Xameneinin müşaviri: "İsrailə qarşı cavab hazırlığı görürük" like
  • 25 Noy 06:30  
Digərləri Xameneinin müşaviri: "İsrailə qarşı cavab hazırlığı görürük"

"İranın müvafiq hərbi və dövlət orqanları İsrailə cavab verməyə

arrow Ətraflı
Azad oğullarını paylaşdı like
  • 25 Noy 06:18  
Şou-biznes Azad oğullarını paylaşdı

Müğənni Azad Şabanov övladları ilə paylaşım edib.

arrow Ətraflı
Qış ayları üçün təbii antibiotik  Sidik kisəsini təmizləyir like
  • 25 Noy 06:06  
Digərləri Qış ayları üçün təbii antibiotik Sidik kisəsini təmizləyir

Sidik kisəsi və sidik kanalı iltihabından, infeksiyalarından əziyyət çə

arrow Ətraflı
Qəhvəni belə içmək lazım imiş like
  • 25 Noy 03:03  
Digərləri Qəhvəni belə içmək lazım imiş

Arıqlamaq prosesi çox vaxt çətin bir hal kimi görsənə bilər. Bəzi qidal

arrow Ətraflı
Həftənin ULDUZ FALI: başınıza pərvanə kimi fırlanacaqlar like
  • 25 Noy 01:01  
Digərləri Həftənin ULDUZ FALI: başınıza pərvanə kimi fırlanacaqlar

Noyabrın son həftəsi üç mühüm astroloji hadisə ilə əlamətdar olacaq.

arrow Ətraflı
Fransız səfirdən Bakıya “həmlə”: Qərbi Azərbaycanın xəritəsini yaydı like
  • 25 Noy 00:41  
Siyasət Fransız səfirdən Bakıya “həmlə”: Qərbi Azərbaycanın xəritəsini yaydı

Fransanın Ermənistandakı səfiri Olivye Dekottini İran ərazisində yerləş

arrow Ətraflı
Hakan Handeni belə təbrik etdi like
  • 25 Noy 00:32  
Şou-biznes Hakan Handeni belə təbrik etdi

İş adamı Hakan Sabancı sevgilisi Hande Erçellə bağlı paylaşım edib.

arrow Ətraflı