Ömrü qısa, rolları az olsa da, adını kino tarixinə yazdıran aktyor
Kriminal 25 Noy 2024 06:45:00 108 0
"Əhməd haradadır?", "Uşaqlığın son gecəsi", "Ən vacib müsahibə", "O qızı tapın", "Nəsimi" kimi Azərbaycan kinosunun məşhur filmlərində onun da əməyi var. Səyavuş Şəfiyev yaratdığı maraqlı obrazlarla tamaşaçıların yaddaşında qalmağı bacarıb. Ömrü qısa, rolları az olsa da, adını kinomuzun tarixinə yazdıra bilib.
Bu xəbəri də oxu: Azərbaycanın Xristian icması BakıQroznı aviaqəzası qurbanlarının xatirəsini yad edib –
Əməkdar artist, rejissor, sirk ustası Səyavuş Şəfiyevin 24 noyabr- xatirə günü ərəfəsində həyatı haqqında bilmədiklərimizi sənət dostları "Kaspi" qəzetinə danışdılar.
Bunu çoxu bilmir...
"Səyavuş kino çəkilişləri üçün Bakıya gəlib-gedirdi. Ona görə onunla ünsiyyət qurmaq çətin idi. Kinomuzda bır sıra rollar yaratdı. Təəssüf ki, onun həyatı faciə ili bitdi", - deyə tanınmış kinoşünas Aydın Kazımzadə mərhum aktyorun bacısından eşitdiklərini danışır: "Səyavuş Şəfiyev Bakıda bir neçə filmə çəkildikdən sonra köçüb Moskvaya getdi. Onun rəhbərlik etdiyi sirk truppası Fransaya qastrola gedib. Səyavuş tamaşa zamanı akrobatik nümunələr göstərib. Aşağıda qoruyucu olmadığından yıxılaraq bərk əzilib. Səyavuş bu hadisədən sonra danışa bilmir, lal olur. Onu Moskvaya gətirirlər. Moskvada da infarkt keçirir. Elə bir cüssəli, hündürboylu və sağlam adam bir hadisə nəticəsində şikəst olur və az sonra dünyasını dəyişir..."
"Nə vaxta qədər qonaq evində yaşayacağam?"
Səyavuş Şəfiyevin həyat və yaradıcılığını daha yaxşı bilən Xalq artisti Ənvər Həsənov danışır: "Səyavuş hələ məktəb illərindən idmanda uğurlar qazanmışdı. Boks üzrə müxtəlif yarışların qalibi idi. Moskvada Ümumittifaq Sirk Məktəbini bitirib, akrobatika üzrə dərəcə almışdı. Məktəbi qurtardıqdan sonra "Soyuzsirk"də çalışırdı. Moskva sirkində tanınmış artistlərlə işləyərək tezliklə öz işinin peşəkarına çevrilmişdi. Onu Rusiyanın sirk artistləri arasında qəbul edirdilər".
1972-ci ildə S.Şəfiyev Bakıya, şəhərdə yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları o zaman üçün böyük populyarlıq qazanır. O, sirk rejissoru kimi də özünü sınayır. S.Şəfiyev Bakıda kino rejissorlarının diqqətini cəlb edir. Adil İsgəndərov onu "Əhməd haradadır?" filminə dəvət edir. Film ekranlara çıxandan sonra rejissor Adil İsgəndərov ciddi tənqidlərlə üzləşir. Film "Burjua-meşşan elementləri ilə zəngin" ekran əsəri kimi xarakterizə edilir. Filmin tənqidindən xəbər tutan Səyavuş "nahaq çəkildim" deyə peşmançılıq keçirir. Ancaq illər ötdükdən sonra film tamaşaçı tərəfindən qəbul edilir və Azərbaycanın baxımlı filmlərindən birinə çevrilir. S.Şəfiyev "Taleyimdən razıyam. Nə yaxşı ki, Adil müəllim məni bu rola çəkdi", - deyir.
"İranın müvafiq hərbi və dövlət orqanları İsrailə cavab verməyə
Sidik kisəsi və sidik kanalı iltihabından, infeksiyalarından əziyyət çə
Arıqlamaq prosesi çox vaxt çətin bir hal kimi görsənə bilər. Bəzi qidal
Noyabrın son həftəsi üç mühüm astroloji hadisə ilə əlamətdar olacaq.
Fransanın Ermənistandakı səfiri Olivye Dekottini İran ərazisində yerləş
İş adamı Hakan Sabancı sevgilisi Hande Erçellə bağlı paylaşım edib.
Ukrayna lideri Vladimir Zelenski Rusiya qüvvələrinin Dnepropetrovskdakı &quo
Müğənni Ramal İsrafilov "7 tamam" verilişinə qatılarkən fərql
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Antalya Hava Limanında mənfi hava şəraitində eniş edən Rus şirkətinə m
Tiflisin mərkəzində, Gürcüstanın siyasi həyatında mühüm bir etiraz aks
Böyük Britaniyanın üzərindən keçən "Bert" qasırğası şənb�
Müğənni Natavan Həbibi atasının birinci evliliyindən olan qızını axtar