Naxçıvana maneəsiz keçid belə olacaq: Məqbul variant tapıldı
Siyasət 22 Noy 2024 22:26:00 103 0
Bu günlərdə Nikol Paşinyan açıqlayıb ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yoluna yaxındır. Hətta Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana yazılı təklif göndərdiyi də bildirib. Əslində rəsmi Bakı üçün məqbul olan məsələ Naxçıvana maneəsiz keçidin verilməsidir. Erməni tərəfi isə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmaya əsasən kommunikasiya xəttlərinin Rusiyanın nəzarətində açılmasına qarşıdır.
Bu xəbəri də oxu: İran Prezidenti İlham Əliyevə başsağlığı verib
Son.az xəbər verir ki, bunu teleqraf.com-a siyasi şərhçi Asif Nərimanlı deyib.
"Qərb Ermənistana dəstək verir ki, Rusiya Zəngəzur dəhlizinə yerləşməsin. Ermənistan isə ümumiyyətlə Azərbaycana dəhliz vermək istəmir. Amma İrəvan anlayır ki, Bakının istədiyini verməsə, sülh sazişi və regional əməkdaşlıqdan söhbət gedə bilməz", - deyə o əlavə edib.
Siyasi şərhçi hesab edir ki, regional kommunikasiyaların açılmaması Ermənistanın dalan ölkə kimi qalması deməkdir:
"30 illik işğal dövründə blokadada qalan Ermənistan indi həmişəkindən daha çətin durumdadır. Çünki o vaxt Ermənistana Rusiya və İran ciddi dəstək verirdi. Paşinyanın anti-Rusiya siyasəti bu dəstəyi azaldıb. İranın da İrəvana yanaşmasında şübhələr yaranıb. Belə vəziyyətdə Ermənistan Azərbaycanla razılaşmasa mövcudluğu sual altına düşür. Ona görə də, Paşinyan Azərbaycandan Naxçıvana gedən sərnişinlər və yüklərin maneəsiz keçidinə razılıq verə bilər. Dəhlizin təhlükəsizliyi ilə bağlı isə Qərb şirkətlərinin cəlb edilməsindən danışılır. Buna isə Azərbaycan razı deyil".
Asif Nərimanlı Bakı və İrəvan arasında razılaşdırılmamış qalan iki bəndə diqqət çəkib:
"Bunlardan biri sərhəd digəri isə kommunikasiya xəttlərinin açılması ilə bağlıdır. Sərhəd uzun proses olduğu üçün Ermənistan kommunikasiya məsələsində ortaq mövqe tapmağa çalışır. İrəvan bununla regional kommunikasiyaların açılmasında müsbət rolunu önə çəkmək istəyir. Qərbyönlü Ermənistan hakimiyyəti Rusiya və İran qarşısında əlini gücləndirmək niyyətindəri. Türkiyə ilə sərhədləri açaraq Qərbə çıxış əldə etmək niyyətləri də var".
"Qara cümə günü bütün dünyada istehlakçıların ən çox aldadıld�
Gələn ildən aliment miqdarı artırılacaq. Məsələ Milli Məclisdə müzak
Keçən mövsüm cümə axşamlarının ən çox baxılan və reytinqləri alt-�
Maoist Kommunist Partiyasının (MKP) üzvü, terrora görə axtarışda olan bo
Qarışqalar, evdə yayılmış zərərvericilərdən biridir və onların evə
Ermənistanda casusluqda ittiham olunan Sarkis Qalstyan 18 il müddətinə azadl
Samuxun Əhmədbəyli kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat
2011-ci ildə orbitə buraxılan və 2016-cı ildə Yupiterin orbitinə daxil ol
Tanınmış Aşıq Aşıq Zülfiyyə İbadova efirdə maraqlı etirafı ilə diq
Bu gün Ukrayna Kursk vilayətinin ümumilikdə 46 sakinini Rusiyaya qaytarıb
Rusiyanın Tuva respublikasının idman naziri Subuday Monquş Monqolustanda ziy