"Qara cümədə mal alanda sevinməsinlər..."
Digərləri 22 Noy 2024 22:15:00 98 0
"Qara cümə günü bütün dünyada istehlakçıların ən çox aldadıldığı gündür. Qara cümənin tarixi 18-ci əsrə gedir. 1952-ci ildə qara cümə günü təşkil olunan zaman satışda heç bir zərər olmamışdır, satıcılar bundan xeyir qazanmışdılar. Qara cümə günü, əslində, hüquqlarını bilməyən, marketoloqların tələsinə düşən insanların aldadıldığı gündür".
Bu xəbəri də oxu: Qəzaya düşən təyyarənin son görüntüsü
Son.az xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, ən keyfiyyətsiz, standartlara uyğun olmayan, istehsal zamanı qüsuru olan mallar bu gündə satılır:
"Bu, ərzaq mallarında özünü büruzə vermir, çünki müəyyən partiya ilə buraxılan ərzaq malları standartlara uyğun olur, saxta mal olmur, yəni istehlakçını aldatmaq imkanı burada azdır. Sənaye mallarında, xüsusən də texniki avadanlıqlarda istehlakçılar daha çox aldadılırlar".
Ekspert qeyd edib ki, qara cümədən sonra Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlərin məzmunu təxminən eyni olur:
"İnsanlar aldıqları malın sonradan yararsız olduğunu görürlər. Qaytarmaq istədikdə isə mağaza malın qara cümədə alındığını bəhanə edərək malı qaytarmaqdan imtina edir. Qanunvericiliyə görə isə istehlakçının kassa çeki ilə malı qaytarmaq hüququ var. İstehlakçılara məsləhət görürəm ki, qara cümə günü mal alanda sevinməsinlər, xüsusən mürəkkəb texniki vasitələr alanda satıcının yanında onun bütün düymələrini yoxlayıb işlək olduğundan əmin olsunlar. Televizor satanlar deyirlər ki, bizdə antena yoxdur. Son zamanlar nədirsə, bu, geniş yayılıb. Bilərəkdən televizoru şəbəkəyə qoşmurlar, yoxlamırlar. Kassa çekini saxlamaq lazımdır, bu zaman məhsulu geri qaytarmaq olur. Problem yaşayan istehlakçılar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və Azad İstehlakçılar Birliyinə müraciət etsinlər". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Gələn ildən aliment miqdarı artırılacaq. Məsələ Milli Məclisdə müzak
Keçən mövsüm cümə axşamlarının ən çox baxılan və reytinqləri alt-�
Maoist Kommunist Partiyasının (MKP) üzvü, terrora görə axtarışda olan bo
Qarışqalar, evdə yayılmış zərərvericilərdən biridir və onların evə
Ermənistanda casusluqda ittiham olunan Sarkis Qalstyan 18 il müddətinə azadl
Samuxun Əhmədbəyli kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat
2011-ci ildə orbitə buraxılan və 2016-cı ildə Yupiterin orbitinə daxil ol
Tanınmış Aşıq Aşıq Zülfiyyə İbadova efirdə maraqlı etirafı ilə diq
Bu gün Ukrayna Kursk vilayətinin ümumilikdə 46 sakinini Rusiyaya qaytarıb
Rusiyanın Tuva respublikasının idman naziri Subuday Monquş Monqolustanda ziy
Bir çox kafe və restoranlarda müştərilər üçün nəzərdə tutulan endiri