Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Digərləri 18 Noy 2024 09:32:00 67 0
Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsini təqdim etməkdən qürur duyuram. Bəyannamə şəffaflığı və beynəlxalq əməkdaşlığı təşviq etməklə bağlı bizim kollektiv əzmimizi vurğulayır. Bəyannamə Bakı Şəffaflıq Platforması ilə paralel işləyəcək.
Bu xəbəri də oxu: Türkiyədə ardıcıl
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda deyib.
"Bu gün mən ikiillik şəffaflıq hesabatlarına və COP29 sədrliyinin iqlim fəaliyyətində şəffaflığı necə dəstəklədiyinə diqqət yetirmək istərdim. Şəffaflıq beynəlxalq prosesdə inam və etibar yaradır.
O, bizim məsuliyyətimizi dəstəkləyir və iqlim fəaliyyətinə dair ambisiyalarımızı artırır. Azərbaycanın İkiillik Şəffaflıq Hesabatının (BTR) bu həftə təqdim olunmağa hazır olduğunu bildirməkdən məmnunam. Şəffaflıq həmçinin ölkələrə iqlimlə bağlı fəaliyyət potensiallarını daha yaxşı anlamağa və ehtiyaclarını müəyyən etməyə kömək edir", - deyə Muxtar Babayev əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Mətanət Əsədova həyat yoldaşından danışıb.
Müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dair
Braziliyanın birinci xanımı Rosancela Lula da Silva Rio-de-Janeyroda keçiril
ABŞ-ın araşdırma şirkəti olan "iSeeCars" ən təhlükəli beş a
Son.az xəbər verir ki, COP29 çərçivəsində Trend BİA "COP for Hope&q
Azərbaycan xalqını təhqir etmiş ermənipərəst ABŞ konqresmeni Frank Pelo
Məşhur türk yutuber və komediyaçı Ali Biçim yeni sevgilisi ilə tətilə
Ağdamda ər arvadına bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb
Rusiyanın məşhur "Na-Na" qrupunun keçmiş solisti Vladimir Levkin
Almaniya Federativ Respublikasının vitse-kansleri Robert Habek BMT-nin İqlim
07:01 Nəsimi rayonunda baş vermiş avtomobil qəzası zamanı xəsarət ala