Olaf Şoltz İlham Əliyevə zəng edib
Siyasət 10 Noy 2024 00:04:00 119 0
Noyabrın 9-da Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu xəbəri də oxu: Prezident və Putin təyyarənin qəzaya uğramasında günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Telefon danışığı əsnasında Kansler Olaf Şoltz Almaniyada yaranmış siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini təəssüflə qeyd edib. Kansler Olaf Şoltz COP29 iqlim konfransının uğurla keçməsinin əhəmiyyətinə toxunaraq Almaniyanın yeni maliyyə hədəfinin əldə edilməsi üçün lazımi dəstək göstərəcəyini bildirib.
Dövlətimizin başçısı COP29-un ev sahibi və sədr ölkə kimi Azərbaycanın məqsədlərini qeyd edərək, tərəflər arasında körpülər qurmağa çalışdığını və nəticəyönümlü müzakirələrin aparılması üçün əlverişli platforma təmin etdiyini vurğulayıb.
Kansler Olaf Şoltz Almaniyanın Azərbaycan ilə Ermənistan arasında sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini qeyd edib və bu xüsusda, ölkəsinin tərəfləri cəsarətli addımlar atmağa çağırdığını deyib.
Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüskarının Azərbaycan olduğunu deyərək, Ermənistanın konstitusional əsasda ölkəmizə qarşı ərazi iddialarının hələ də qalmaqda olduğunu bildirib. Dövlətimizin başçısı Ermənistanın sənədin mətni üzrə təkliflərini xeyli gecikdirməsinin prosesə mənfi təsir etdiyini xatırladıb, amma buna baxmayaraq, tərəflərin sənədin mətni üzrə yekun razılaşma əldə etməyə yaxın olduğunu və COP başa çatdıqdan sonra danışıqların davam etdiriləcəyini vurğulayıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum - sülhə məcburetmə əm�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
"Bu oğlanı hər dəfə gətirirsən. Bu, şərtddir ki, mən harda o da o
Bayram tətili ilə əlaqədar bölgələrdə günlük kirayə evlərə tələba
ABŞ Prezidenti Co Bayden və yeni seçilmiş dövlət başçısı Donald Tramp
Xaçmaz rayonun Yergüc kəndində piyadanın ölümü ilə nəticələnən yol-
Kasko sığortası olan avtomobilə 70-75 faiz zərər dəydikdə belə onun də
Türkiyəli tanınmış aparıcı Ece Erken keçmiş həyat yoldaşı Serkan Uç
Abşeron rayonu Xırdalan və Masazır qəsəbələrində səhər saatlarından
Zaqatalada daha bir yeni doğulan körpə ölümü qeydə alınıb.
ABŞ-ın Nyu-York şəhərində məşhur "Times Square" meydanında 8
Sağlam qidalanma və nizamlı həyatla bağlı yeni araşdırma yeməklərdə v
Filippində dörd ən böyük beynəlxalq gözəllik müsabiqəsindən biri olan
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxça