Zaqatalada yeni doğulan körpə öldü
Digərləri 09 Noy 2024 22:34:00 123 0
Zaqatalada daha bir yeni doğulan körpə ölümü qeydə alınıb.
Bu xəbəri də oxu: Türkiyədə yaşayış binasında güclü partlayış Yaralananlar var FOTO
Son.az APA-ya istinadən bildirir ki, Zaqatala şəhərində anadan olan və rayonun Cimcımax kəndinə gəlin köçən 19 yaşlı Cəmilə Elman qızı Əliyeva bu gün dünyaya uşaq gətirmək üçün axşam saat 18 radələrində Zaqatala RMX-nın doğum şöbəsinə daxil olub.
C. Əliyeva doğum şöbəsinə daxil olduqdan iki saat sonra həkim mama-ginekoloq Yeganə Bayraməliyeva iştirakı ilə təbbi doğuş baş tutub. Doğuş zamanı ölü qız uşağı doğulub.
C. Əliyevanın valideyinlərinin APA-ya verdiyi məlumata görə, qızı C. Əliyevanın hamiləlik dövründə həkimi mama-ginekoloq Rəna Sultanova olub.
Doğuşa kimi yoxlamalar zamanı R. Sultanova həmiləliyin normal keçməsi bərədə məlumat verib.
Hətta bu gün axşam saatlarında C. Əliyevanın doğum şöbəsinə qəbul edilən zaman yoxlanışda ana bətnində uşağın ürək döyüntülərinin zəif olması barədə valideyinlərə məlumat verilib.
Lakin doğuşdan sonra dərhal valideyinlərə uşağın ana bətnində bir-neçə gün əvvəl öldüyü bildirilib.
C. Əliyevanın oktyabrın sonunda ultra səs müayinəsindən keçdiyi və müayinə zamanı həmiləliyin normal olması barədə rəy verilib.
Qeyd edək ki, son 10 gün ərazində Zaqatala RMX-nın doğum şöbəsində bu faktda daxil olmaqla üçüncü yeni doğulan körpə ölümüdür.
Hər üç faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
ABŞ-ın Nyu-York şəhərində məşhur "Times Square" meydanında 8
Sağlam qidalanma və nizamlı həyatla bağlı yeni araşdırma yeməklərdə v
Filippində dörd ən böyük beynəlxalq gözəllik müsabiqəsindən biri olan
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxça
Bazar ertəsi Bakıda iqlim məsələləri üzrə tərəflərin 29-cu konfransı
Şanslı insanlar üçün hadisələr çox vaxt müsbət istiqamətdə inkişaf
"Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyaz
Ömrünün 18 ilini Vətənə xidmət edən igidlərimizdən biri də xüsusi t�
Xalq artisti Mələkxanım Eyubova müğənni kürəkəni Mərdan Kazımovla ba�
Azərbaycanda qadın insan alverində ittiham olunaraq barəsində axtarış ela
Xəzər dənizində naməlum varlıq görünüb.