Qobustanın qədim petroqlifləri insan varlığının köklərini araşdıran sərgi keçirilib
Kriminal 09 Noy 2024 14:56:00 109 0
Qobustanın qədim petroqlifləri insan varlığının köklərini araşdıran sərgidə müasir rəssamların əsərləri vasitəsilə dünyamıza daxil olur.
Bu xəbəri də oxu: Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi
10 noyabr 2024-cü il tarixindən etibarən Bakıdakı "Nine Senses" incəsənət mərkəzində "Nine Senses"in, sərginin kuratoru Qobustan şamanı Tərlan Manafov ilə təşkilatçılığı çərçivəsində, eləcə də AZBRAND-ın sponsorluğu ilə "Qobustan kodları" adlı tədqiqat sərgisi açılacaqdır. Sərginin açılış tədbiri qədim Qobustan nişanələri elementlərindən toplanmış və müasir rəssamın əsərlərində təzahürünü tapmış, beş mandaladan ibarət tədqiqat hissəsini, və rejissor Toğrul Avşarın Qobustanda çəkilmiş filminin premyerasını əhatə edir. Sərginin və həmçinin filmin təməlində Mahatma Rerixin "Zərdüşt" adlı nadir əsəri durur. Mumbaydan olan zərdüştilərin xahişi ilə böyük ustad Zərdüşt rəssamın vətəni Azərbaycanda təsvir edilmişdir.
Sərgi ziyarətçiləri Qobustanın qədim arxetip kodlarının araşdırıldığı, insanın və incəsənətin mənşəyi haqqında yeni baxış bucağı təklif edən kəşfiyyata qərq olmağa dəvət edir. Beləliklə, rəssam özü bələdçi, aktivator, qədim arxetipi müasir dünyaya keçirən "beşinci element" olur.
"Qobustan Kodları" sərgisi insanın və incəsənətin yaradılışının nəzəriyyəsində elmi və ruhani yanaşmaları özündə birləşdirir. Ekspozisiyada Qobustanın beş petroqlifi təqdim olunur ki, həmin petroqliflər, qədim simvolların müasir təsviri olan, beş işıq mandalasının yaradılmasında əsas rol oynayıblar. Ahəng və bütövlük rəmzi olan mandalalar rəssamın əsərlərinin kompozisiyasının mərkəzində yer alaraq, ziyarətçilərə diqqət cəmləşdirməkdə və daxili balans tapmaqda yardım olur.
Beş işıq mandalasının simvolikası:
"Yaradılış": DNT-ni aktivləşdirən və şüuru genişləndirən, səma mənşəyini simvolizə edən, kosmik şüaları altında insan obrazlı əsər.
"Energetik Cisim": İnsan bədəninin incə energetik strukturunu, qədim yogik təcrübələrə və insan bədənindəki incə enerjilər haqqında təcrübələri əks etdirən əsər.
"Ulu Ana": Süd yolunu və insanın kosmosla əlaqəsini simvolizə edən Ulu Ana obrazı.
"İnsanın Kosmik Dramı": İlahi mənbə ilə əlaqənin itirilməsini simvolizə edən "dəhşət dəbilqəsi" geyinmiş insan obrazı.
"Kök Çakraları Sistemi": Cənnətlə Yer Üzü arasındakı əlaqəni təmsil edən, insanın dünyalar arasında körpü rolunu əks etdirən unikal simvol.
Türkiyədə 19 il əvvəl itkin düşən bacıların qətlə yetirildikləri m�
Əməkdar artist Naina İbrahimova Azərbaycanı Misirdə keçiriləcək "B
Türkiyənin paytaxtı Ankara Azərbaycan Respublikasının Zəfər Günü mün
İsrailin Azərbaycandakı səfirliyi Azərbaycanın 9 Noyabr - Dövlət Bayrağ
Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "8 Noyabr-Zəf
İlk dəfə COP29 zamanı istifadə olunacaq elektrikli avtobuslar tədbir bitdi
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gül�
Uzun məsafəli uçuşların əksəriyyəti 6-15 saat arasında davam edir, laki
İlon Mask ABŞ prezident seçkilərinin ertəsi günü Donald Tramp və Vladimi
Bu şanslılar üçün noyabr köklü dəyişikliklər ayı olacaq.
Bayram tətili ilə əlaqədar İsmayıllı rayonuna gələn turist və qonaqlar
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik noyabrın 9-da BMT-nin
Bu gün Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü qeyd edilir. Azə
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişk�