FETÖ lideri Fətullah Gülənin dəfn mərasimi ilə bağlı şok TƏFƏRRÜAT
Dünya 09 Noy 2024 13:38:00 109 0
Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gülənin dəfni ilə bağlı yeni şok məlumatlar üzə çıxıb. Belə ki, özünü islam mütəfəkkiri kimi göstərən FETÖ başçısının dəfn mərasiminin xristianların ənənələrinə uyğun həyata keçirildiyi məlum olub.
Bu xəbəri də oxu: Aktau şəhərində Azərbaycanın konsulluğu qarşısında həlak olanların xatirəsi yad edilib
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" xəbər yayıb.
Bildirilir ki, illər boyu islamın müdafiəçisi rolunu oynayan, dini istismar edən Gülən, əslində, imperialist maraqlar üçün din pərdəsi altında fəaliyyət göstərib.
Məlumata görə, ABŞ-də çoxsaylı islami dəfn xidməti göstərən şirkətlər olduğu halda FETÖ başçısının cənazəsi üçün məhz protestantların (xristianlığın başlıca cərəyanlarından biri) üstünlük verdiyi şirkətlə müqavilə bağlanıb. Üstəlik, təşkilatın rəhbərliyi dəfn prosesinin gizli saxlanılması üçün şirkətə təzyiq göstərib. Buna görə şirkət mərhumların adının qeyd olunduğu təqvimdə, öz qaydalarına zidd olaraq, Gülənin dəfn edildiyi 24 oktyabr tarixini boş saxlayıb.
Həmçinin, təvazökar həyat tərzi sürdüyü iddia edilən Gülən üçün ABŞ-də qiyməti 2 000-25 000 dollar arasında dəyişən ən keyfiyyətli tabutlardan alınıb. O, xristianlıq inancına uyğun olaraq, həmin tabutda dəfn edilib.
Xatırladaq ki, FETÖ lideri oktyabrın 20-də Pensilvaniyada vəfat edib. 83 yaşlı Fətullah Gülən aparıldığı xəstəxanada ölüb. O, təşkilatın ABŞ-də qərargah kimi istifadə etdiyi Pensilvaniya ştatındakı malikanənin həyətində dəfn edilib. Mərasimdə bir çox qeyri-adiliklər, xüsusilə təkbir gətirilməsinin ("Allahu əkbər" deyilməsinin) qadağan edilməsi, bunun əvəzində Gülənin tabutu başında kardinalın "İncil"dən hissə oxuması hamı tərəfindən heyrətlə qarşılanmışdı.
Uzun məsafəli uçuşların əksəriyyəti 6-15 saat arasında davam edir, laki
İlon Mask ABŞ prezident seçkilərinin ertəsi günü Donald Tramp və Vladimi
Bu şanslılar üçün noyabr köklü dəyişikliklər ayı olacaq.
Bayram tətili ilə əlaqədar İsmayıllı rayonuna gələn turist və qonaqlar
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik noyabrın 9-da BMT-nin
Bu gün Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü qeyd edilir. Azə
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişk�
8 Noyabr - Zəfər Günü işğaldan azad olunmuş torpaqlarda böyük təntən�
Artıq ADY ilə ölkədaxili marşrutlar üzrə səfər edən vətəndaşlara bi
2024-cü il seçkilərində qələbədən sonra Donald Tramp yenidən Amerika Bi
Soyuq qış aylarında orqanizmimiz xəstəliklərə qarşı daha həssas olur.
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın 9 Noyabr - Dövlət Bayrağı
Hindistanda həkimlər 14 yaşlı uşağın mədəsindən 65 yad cisim çıxarı
Prezident İlham Əliyev Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə tə
Tuvalunun Baş naziri Feleti Teo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə