Tovuzda “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib
Digərləri 09 Noy 2024 14:10:00 82 0
Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "8 Noyabr-Zəfər Günü"nə həsr olunmuş bayram tədbiri keçirilib.
Bu xəbəri də oxu: Silk Way Group COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib
Son.az xəbər verir ki, tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Nizami Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə rayon məktəblilərinin əl işlərindən ibarət "Zəfər Günü"nə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.
Sonra tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Nizami Səfərov çıxış edərək "8 noyabr-Zəfər Günü" münasibətilə tədbir iştirakçılarını və rayon sakinlərini təbrik edərək 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi yazıldığını, bu qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, yenilməz ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, qanı bahasına, xalqımızın birliyi hesabına qazanıldığını vurğulayıblar.
Şəhid Qasımov Hacıəli Tahir oğlunun anası Mələk Vəlixanova, şəhid Ələsgərov Emin Fəxrəddin oğlunun həyat yoldaşı Səmayə Həsənova, şəhid Qasımlı Nicat Elşən oğlunun atası Qasımov Elşən, şəhid Elmar Şirinovun anası Amana Nəsirova, 44 günlük Vətən müharibəsi əlili Hüseyn İsmayılov və Vətən müharibəsi iştirakçısı Eyvaz Süleymanov torpaqlarımızın 30 illik işğalına son qoyulduğunu qeyd edərək şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbir geniş konsert proqramı ilə davam edib.
İlk dəfə COP29 zamanı istifadə olunacaq elektrikli avtobuslar tədbir bitdi
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gül�
Uzun məsafəli uçuşların əksəriyyəti 6-15 saat arasında davam edir, laki
İlon Mask ABŞ prezident seçkilərinin ertəsi günü Donald Tramp və Vladimi
Bu şanslılar üçün noyabr köklü dəyişikliklər ayı olacaq.
Bayram tətili ilə əlaqədar İsmayıllı rayonuna gələn turist və qonaqlar
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik noyabrın 9-da BMT-nin
Bu gün Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü qeyd edilir. Azə
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişk�
8 Noyabr - Zəfər Günü işğaldan azad olunmuş torpaqlarda böyük təntən�
Artıq ADY ilə ölkədaxili marşrutlar üzrə səfər edən vətəndaşlara bi
2024-cü il seçkilərində qələbədən sonra Donald Tramp yenidən Amerika Bi
Soyuq qış aylarında orqanizmimiz xəstəliklərə qarşı daha həssas olur.
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın 9 Noyabr - Dövlət Bayrağı