Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub
Siyasət 31 Okt 2024 21:14:00 143 0
Oktyabrın 31-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Azərbaycan Dövlət Pantomim Teatrının binasında mövcud vəziyyətlə tanış olublar.
Bu xəbəri də oxu: İlham Əliyev: Biz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik
Son.az AZƏRTAC-a istinadən bildirir ki, mədəniyyət naziri Adil Kərimli Birinci vitse-prezident Mehriban Əliyevaya və ailə üzvlərinə teatr haqqında məlumat verdi.
Bildirildi ki, respublikamızın tanınmış teatr kollektivlərindən olan Azərbaycan Dövlət Pantomim Teatrı 1994-cü ildə teatr-studiya kimi yaradılıb. Studiya altı il müddətində Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib. 2000-ci il martın 6-da kollektivə dövlət statusu verilib. 2005-ci ildən isə Azərbaycan Dövlət Pantomim Teatrı keçmiş "Şəfəq" kinoteatrının binasında yerləşdirilib.
Otuz ildən artıq dövrdə Pantomim Teatrında bir çox müəlliflərin əsərləri səhnələşdirilib. Teatrın bu növünün əsas üstünlüklərindən biri onun üçün dil baryerinin olmamasıdır. Ötən müddət ərzində kollektiv Almaniya, Avstriya, Bolqarıstan, İsveçrə, Gürcüstan, Qazaxıstan, Mərakeş, Rusiya və digər ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil edib.
Bu gün Pantomim Teatrı ən çox ziyarət olunan və böyük tamaşaçı məhəbbəti qazanan mədəniyyət ocaqlarımızdan biridir.
Qeyd edildi ki, Azərbaycan Dövlət Pantomim Teatrının hazırda yerləşdiyi bina 1900-cü ildə inşa olunub və yerli əhəmiyyətli memarlıq abidələri siyahısındadır.
Mövcud vəziyyətlə tanışlıq zamanı binada görülməli olan zəruri təmir işləri barədə də məlumat verildi. Son.az
Astroloji məlumatlara görə, ilin sonuna qədər bəzi bürclər üçün böy�
"COP29-un keçiriləcəyi məkan müəyyənləşdikdən sonra Bakı Stadion
Azərbaycanda toyuq əti gündəlik tələbat məhsulları sırasındadır. Toyu
Şair və qiraətçi Nazilə Səfərli paylaşımı ilə maraq yaradıb.
"Windows"un yaradıcılarından biri olan Bill Qeytsin keçmiş həyat
Goranboyda iki nəfər dəm qazına zəhərlənib.
Cari ilin ilk 9 ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların
Gürcülərə görə narahatıq, onlara eynicinsli münasibəti sırıyırlar.
Son.az Day.az-a istinadən Leyla Tarıverdiyevanın yazısını təqdim edir
Noyabrın 4-dən bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq m