Valensiyada dünyanı sarsıdan


Dünya 31 Okt 2024 19:45:00 108 0

Valensiyada dünyanı sarsıdan

Son.az Day.az-a istinadən Leyla Tarıverdiyevanın yazısını təqdim edir

İspaniyanın Valensiya bölgəsini bürümüş dağıdıcı sel fəlakəti bütün dünyanı sarsıtdı. 29-dan 30-a keçən gecə "Dana" qasırğası bu bölgəni vurdu, güclü yağışlar gətirdi və bir neçə yaşayış məntəqəsini su altında qoydu. Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı yüzə yaxınlaşır, onlarla insan itkin düşüb. Ölənlərin sayının artacağı gözlənilir. Su yalnız yolları və körpüləri yuyub aparmadı, həm də bir çox yerlərdə yaşayış binalarının birinci mərtəbələrini tamamilə su altında qoydu.

"Dana" - soyuq və isti hava kütlələrinin toqquşduğu zaman meydana gələn xüsusi bir fırtına növüdür.

İspaniya mətbuatının verdiyi xəbərə görə, Valensiya və İspaniyanın digər zərər çəkmiş bölgələrində "çoxsaylı qurbanlar" rejimi elan edilib, bu da vəziyyətin fövqəladəliyini və təcili tədbirlər görməyin vacibliyini vurğulayır. İtkin düşənləri axtarmağa min nəfərlik Fövqəladə Hallar Bölməsinin (UME) hərbçiləri cəlb olunub. Ölkənin hər yerindən gələn xilasetmə qüvvələri Valensiyaya cəlb olunub ki, dağıntılar altında qalanları və ya sel sularının apardığı insanları xilas etsinlər. Xüsusilə çətin vəziyyət Paiporta və Letur şəhərlərində müşahidə olunur. Ən çox zərər görən yerlərdən biri Valensiyadır, lakin güclü yağışlar Valensiya icmasının digər rayonlarında, Kastiliya-La Mança əyalətləri Albasete və Kuenkada, habelə Əndəlus əyalətləri Kadis, Malaga və Sevilədə də qeydə alınıb.

İspaniyanın digər bölgələrində olduğu kimi, Valensiyada da ilin çox hissəsi tamamilə quruyan, lakin yağış zamanı sürətlə dolan dərələr və kiçik çay yataqları var. Bu axınların çoxu yaşayış məntəqələrindən keçdiyi üçün "Dana" göstərdi ki, bu, risk elementidir.

Dövlət Meteorologiya Agentliyi (AEMET) təhlükə səviyyəsini rənglərlə qeyd edən xəritə yayıb. Milli Proqnozlaşdırma və Nəzarət Planına (Meteoalerta) əsasən, narıncı rəng təhlükənin ciddi olduğunu göstərir. Qırmızı xəbərdarlıq - mövcud olan maksimum səviyyədir və 12 saat ərzində ən azı 180 millimetr və ya 1 saat ərzində 90 millimetr yağıntı proqnozlaşdırıldığını bildirir. Bu rəng fövqəladə təhlükəni göstərir.

29 oktyabr səhəri Valensiyanın şimal sahilində təhlükə səviyyəsi qırmızıya qaldırıldı. Saat 18:00-a qədər Valensiya əyalətinin böyük hissəsində qırmızı bildirişlər yayımlanmışdı.

İspaniyanın şərqindəki ani daşqınlar avtomobilləri yuyub apardı, şəhər küçələrini çaylara çevirdi, dəmir yollarını və magistral yolları bağladı və azı 95 nəfərin ölümünə səbəb oldu. Çərşənbə axşamı başlayan və çərşənbə günü davam edən fırtına İspaniyanın cənub və şərqinin geniş ərazilərini, Malakadan Valensiyaya qədər olan əraziləri su altında qoydu. Valensiyanın Utiel şəhərinin meri telejurnalistlərə belə deyib: "Dünən mənim həyatımın ən pis günü idi".

İspaniyalı meteoroloqlar Valensiyanın bəzi hissələrində yağan yağışları görünməmiş bir hadisə kimi qiymətləndirirlər. Son illərdə İspaniya bir neçə ciddi payız fırtınaları ilə qarşılaşıb, lakin son iki gündə baş verənlər bu hadisələrlə müqayisəyə gəlmir. Hazırkı sel yalnız Almaniyada 2021-ci ildə baş verən və 230 nəfərin ölümünə səbəb olan sel ilə müqayisə edilə bilər. Bu, son otuz ildə İspaniyada ən dağıdıcı sel hesab olunur. Bənzər fəlakət sonuncu dəfə 1996-cı ildə Bieskasda baş verib, nəticədə 87 nəfər ölüb, 180 nəfər müxtəlif xəsarətlər alıb.

30 oktyabr çərşənbə günü səhər Valensiyada yağış zəifləyib. Lakin İspaniya Meteorologiya Agentliyinin məlumatına görə, fırtınaların cümə axşamına qədər davam edəcəyi gözlənilir. Fəlakətin miqyası suyun səviyyəsi azaldıqdan sonra daha aydın göründü. Yarım metr qalınlığında palçıq və dağıntılarla dolu küçələr tanınmaz vəziyyətdədir. Valensiya bölgəsinin prezidenti Karlos Mason insanları evdə qalmağa çağırıb ki, xilasedicilərin işini çətinləşdirməsinlər, çünki yollarda hərəkət artıq aşmış ağaclar və zədələnmiş nəqliyyat vasitələri səbəbindən çətinləşib. Masonun sözlərinə görə, elektrik xətlərinin qırılması səbəbindən bəzi bölgələr işıqsız qalıb, telefon xətləri isə çoxsaylı zənglər səbəbindən iflic olub.

Belə fəlakətlərdən sonra həmişə olduğu kimi, İspaniyada bu dəfə də ölkənin təbii fəlakətə hazır olmaması ilə bağlı məsuliyyət axtarılır. Vətəndaşlar müvafiq xidmətləri təhlükə barədə xəbərdarlığı çox gec - bir çox yaşayış məntəqəsi artıq su altında qaldıqdan sonra etdiklərinə görə günahlandırır. Lakin klimatoloqlar bu ittihamlarla razı deyillər və bildirirlər ki, İspaniya meteoroloji xidməti insanları evdə qalmağa, həyatlarını təhlükəyə atmamağa dair açıq xəbərdarlıq edib, amma insanlar qırmızı xəbərdarlığa məhəl qoymayaraq adi həyatlarına davam ediblər.

Xəbərdarlıq! Noyabrın 4dən...  SİYAHI like
  • 31 Okt 19:44  
Digərləri Xəbərdarlıq! Noyabrın 4dən... SİYAHI

Noyabrın 4-dən bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq m

arrow Ətraflı
Almaları bu üsulla aylarla like
  • 31 Okt 19:34  
Digərləri Almaları bu üsulla aylarla

Almaları aylarla təzə saxlamaq üçün bir neçə üsul va

arrow Ətraflı
Prezident Pedro Sançezə başsağlığı verdi like
  • 31 Okt 19:14  
Siyasət Prezident Pedro Sançezə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Hökumətinin Sədri Pedro Sanç

arrow Ətraflı
NASA  bu ölkəyə 76 milyard like
  • 31 Okt 19:10  
Dünya NASA bu ölkəyə 76 milyard

NASA-nın Artemida proqramının iqtisadi töhfəsində aparıcı rol oynadığ�

arrow Ətraflı
COP29 ilə əlaqədar iclas keçirildi  Prezidentin tapşırıqları çatdırıldı  FOTO like
  • 31 Okt 19:06  
Siyasət COP29 ilə əlaqədar iclas keçirildi Prezidentin tapşırıqları çatdırıldı FOTO

Oktyabrın 31-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyas�

arrow Ətraflı
Saleh Bağırov xanımı ilə  FOTOlar like
  • 31 Okt 18:57  
Şou-biznes Saleh Bağırov xanımı ilə FOTOlar

Aparıcı Saleh Bağırov xanımı ilə görüntülənib.

arrow Ətraflı
Bulvarda gəmi gəzintisinin bərpa ediləcəyi like
  • 31 Okt 18:12  
Digərləri Bulvarda gəmi gəzintisinin bərpa ediləcəyi

Bakı bulvarında gəmi gəzintisi iki illik fasilədən sonra bərpa edilir.

arrow Ətraflı
Paşinyan Azərbaycandan "oğurluğu rəsmiləşdirdi" like
  • 31 Okt 17:52  
Siyasət Paşinyan Azərbaycandan "oğurluğu rəsmiləşdirdi"

Qeyri-maddi dəyərlərin maddiləşdirilməsi prosesi intensivləşdirilməlidi

arrow Ətraflı
Lənkəranskinin rəqibi dəstəsi ilə birgə like
  • 31 Okt 17:48  
Kriminal Lənkəranskinin rəqibi dəstəsi ilə birgə

Rusiyanın Altay diyarında "qanuni oğru" Andrey Tkaçenko (ləqəbi

arrow Ətraflı
Narinin qətli ilə bağlı yeni görüntülər : Necə like
  • 31 Okt 17:24  
Digərləri Narinin qətli ilə bağlı yeni görüntülər : Necə

Türkiyədə öldürülən 8 yaşlı Narinin meyitini daşıyan Nevzat Bəxtiyar

arrow Ətraflı
Ərdoğanın anons etdiyi yeni silahın xüsusiyyətləri – like
  • 31 Okt 17:12  
Digərləri Ərdoğanın anons etdiyi yeni silahın xüsusiyyətləri –

Neçə gündür beynəlxalq və yerli mediada Türkiyənin yeni yaradacağı sil

arrow Ətraflı
Çörəyin ziyanları və faydaları  Bunları bilmək vacibdir like
  • 31 Okt 17:10  
Digərləri Çörəyin ziyanları və faydaları Bunları bilmək vacibdir

Çörək qida dəyəri yüksək olan əsas qidalardan biridir və əsrlərdir in

arrow Ətraflı