Xəbərdarlıq! Noyabrın 4dən... SİYAHI
Digərləri 31 Okt 2024 19:44:00 169 0
Noyabrın 4-dən bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək.
Bu xəbəri də oxu: Həlak olan pilotlardan biri Bakı Avropa Liseyinin məzunu olub
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabr 2024-cü il tarixindən 10 noyabr 2024-cü il tarixinədək "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (Atletlər kəndi tərəf), Bakı Olimpiya Stadionu və ətraf ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar olaraq "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə ("Koroğlu" NMM) daxil olan 31 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək. Həmçinin E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. Marşrutların son dayanacaqları müəyyən edilmiş digər ərazilər üzrə təyin ediləcək.
Marşrutlar üzrə edilən dəyişikliklər:
- 1 nömrəli marşrut "28 May" metrostansiyası istiqamətində "Koroğlu" NMM-ə daxil olmadan Heydər Əliyev prospekti kənar hərəkət hissəsində mövcud dayanacaqda ("Koroğlu" metrostansiyası, Atletlər kəndi tərəf) dayanmaqla fəaliyyət göstərəcək;
- 24 nömrəli marşrut "Nəriman Nərimanov" metrostansiyası istiqamətində Ziya Bünyadov prospektində (Yerüstü piyada keçidi), Qaraçuxur qəsəbəsi istiqamətində isə "Koroğlu" NMM ("Piramida" tərəf) dayanacağa daxil olmaqla fəaliyyət göstərəcək;
- 93 nömrəli marşrut "Koroğlu" NMM-ə daxil olmadan fəaliyyət göstərəcək;
- 163, 60 və 13 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Koroğlu" NMM ("Piramida" tərəf) təyin edilib;
- 184 nömrəli marşrut "Ulduz" metrostansiyası və Suraxanı qəsəbəsi istiqamətində "Koroğlu" metrostansiyasında yerləşən dayanacağa daxil olmadan fəaliyyət göstərəcək;
- 197 və 198 nömrəli marşrutlar son dayanacaq məntəqəsi Zabrat dairəsi olmaqla fəaliyyət göstərəcək;
- 14 sayda (7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B, 189, 204, 216, 217, M8) marşrutun son dayanacaq məntəqəsi "Ulduz" metrostansiyası təyin edilib;
- 15, 148 və 162 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Qara Qarayev" metrostansiyası təyin edilib;
- 166 və 38 nömrəli marşrutlar "Koroğlu" NMM-ə (Atletlər kəndi tərəf) daxil olmadan fəaliyyət göstərəcək;
- 62, 70, 184 və 214 nömrəli marşrutlar "Koroğlu" NMM-ə (Atletlər kəndi və "Piramida" tərəf) daxil olmadan fəaliyyət göstərəcək.
H1 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik nəzərdə tutulmayıb.
Sərnişinlərdən müvəqqəti dəyişiklikləri anlayışla qarşılamaq və təyin edilmiş hərəkət sxemlərinə uyğun olaraq ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri xahiş olunur.
"Bayan bacak" ləqəbi ilə məşhurlaşan 1970-ci illərin modeli, ak
Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Hökumətinin Sədri Pedro Sanç
NASA-nın Artemida proqramının iqtisadi töhfəsində aparıcı rol oynadığ�
Oktyabrın 31-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyas�
İstanbulda maraqlı hadisə baş verib.
Bakı bulvarında gəmi gəzintisi iki illik fasilədən sonra bərpa edilir.
Türkiyəli məşhur müğənni Bengü boşanır.
Qeyri-maddi dəyərlərin maddiləşdirilməsi prosesi intensivləşdirilməlidi
Rusiyanın Altay diyarında "qanuni oğru" Andrey Tkaçenko (ləqəbi
Türkiyədə öldürülən 8 yaşlı Narinin meyitini daşıyan Nevzat Bəxtiyar
Neçə gündür beynəlxalq və yerli mediada Türkiyənin yeni yaradacağı sil
Çörək qida dəyəri yüksək olan əsas qidalardan biridir və əsrlərdir in
"Tərtər işi" üzrə mühakimə olunan sonuncu dəstənin məhkəmə