102 yaşlı seçici: “7 fevralda sərbəst şəkildə səs verəcəm”
Digərləri 02 Fev 2024 18:48:00 363 0
Şamaxı rayonunun Əngəxaran kəndinin sakini olan 102 yaşlı seçici Mərifət İslamova 7 fevral prezident seçkilərində səsvermə hüququndan istifadə edəcək.
Son.az xəbər verir ki, Secki-2024.az saytına danışan M.İslamova bildirib ki, sağlamlıq vəziyyətinə görə seçki günü məntəqəyə gedə bilməyəcək. Seçkilərə bir gün qalmış səsvermə hüququndan evdə istifadə edə bilməsinə şəraitin yaradılması üçün qeydiyyatda olduğu 88 saylı Şamaxı seçki dairəsinin 48 saylı seçki məntəqəsinə müraciət edəcək.
"Ötən seçkilərdə də səs verdim. Seçki məntəqəsinə gedə bilmədiyim üçün müraciət etdim, seçki qutusunu evə gətirdilər və səsvermə hüququmdan istifadə etdim. Bu seçkilərdə də eyni qaydada səs verəcəm. İndiyə qədər iştirak etdiyim seçkilərdə heç bir problemlə üzləşməmişəm", - Mərifət İslamova deyib.
102 yaşlı seçici fevralın 7-də dəstəklədiyi namizədə sərbəst şəkildə səs verəcəyini bildirib. Seçki Məcəlləsinin tələbinə görə, sağlamlıq vəziyyəti məhdud olan seçicilərin səsvermə hüququnun təmin edilməsi üçün daşınan seçki qutularından istifadə edilir.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
ABŞ-nin Ermənistandakı Səfirliyi ölkədəki diplomatik missiyasının əmə

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) missiyası Azə

Nə vaxtsa "Faytonçu Nazim"in mənə çörək satacağını düşünm

Xankəndi şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib. 2 Fe

Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar

İlk dəfədir ki, Qərbdən gələn təşkilat Qarabağda müşahidələr apara

"Rəqqasə Fatimə Fətəliyeva barəsində olan məhkəmə qərarını icr

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyini

2022-2023-ci illərdə Elm və Təhsil Nazirliyinin sertifikasiya qiymətləndir

Kreml Rusiya və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələləri

Xəbər verdiyimiz kimi, sosial şəbəkədə fenomenlər Nia-Furkan cütlüyün

ABŞ-nin Texas ştatında böhran davam edir. Belə ki, bir müddət öncə Texa

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

Məşhur müğənni və aktyor Mahsun Kırmızıgül ötən gün qızı Lavinlə

Naxçıvan Muxtar Respublikanın Səhiyyə Nazirliyinin tabeliyindəki təcili t
