“Qardaşım anama vəzifəli şəxsi öldürdüyünü demişdi...”
Kriminal 31 Yan 2024 19:00:00 409 0
"Təfəkkür Universiteti"nin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə araşdırması davam edir.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Mərhələsində keçirilən iclasda şahid ifadələri dinlənilir.
Mərhum prorektorun qətlinə görə 3 nəfər- sözügedən universitetin sabiq rektoru, professor Müşfiq Atakişiyev, Dəyanət Quliyev və onun dostu Samir Quliyev mühakimə edilir. İttihama görə, cinayətdə M.Atakişiyev sifarişçi, D.Quliyev təşkilatçı, S.Quliyev isə icraçı rolundadır.
Bugünkü iclasda müttəhimlər S.Quliyev və D.Quliyevin qardaşları və mərhum Əhmədovun kürəkəni ifadə verib.
Dəyanətin qardaşı Xalid Quliyev deyir ki, qardaşı həbs edilənə kimi onun cinayət törətməsindən xəbəri olmayıb. Heç vaxt bu haqda söhbət getməyib.
Şahidin hakim qarşısında dedikləri ilə istintaqa danışdıqları arasında ziddiyət olduğuna görə əvvəlki ifadəsi elan edilib.
Quliyev müstəntiqlə söhbətində daha təfərrüatlı danışıb. Məlum olub ki, Dəyanət içkili halda olduğu günlərin birində 16 yaşlı qızına cinayət törətdiyini deyib. Qız isə bunu əmisinə danışıb. Bundan başqa, Xalid bir neçə dəfə qardaşının hansısa sirri saxlamasından şübhələnib: "O, atasının cinayət törətdiyini deyəndə tərəddüd etdim. Dedim ki, atan haqda danışırsan. Hələlik sakit ol, bu barədə heç kimə demə. Bir dəfə də Samirlə çayxanada mübahisə edən vaxt belə bir hal oldu. Dedi ki, ağıllı olun, nəslinizin ipi əlimdədir. Amma həmin vaxt nə demək istədiyini başa düşmədim".
Prosesin davamında Samir Quliyevin qardaşı Rövşən Quliyev də ifadə verib. R. Quliyev də qardaşının cinayət törətməsini həbsindən sonra öyrənib. Amma Dəyanət tutulandan sonra qardaşının hərəkətlərindən şübhələnib: "Dəyanətin həbsindən sonra Samirlə birgə məni də prokurorluğa çağırdılar. Bir neçə dəfə birlikdə gedib-gəldik. Məni buraxdılar, Samir qaldı. Onda bildim ki, qardaşım da bu işin içindədir. Ümumiyyətlə, Dəyanət təslim olandan sonra özünü pis hiss edirdi. Hər dəfə deyirdi ki, bir sirrim var. Sonradan öyrəndim ki, Samir tutulandan 10 gün əvvəl anama hər şeyi danışıb. Deyib ki, vəzifəli bir şəxsi öldürüb, ona görə pis olur."
Prosesdə mərhum prorektorun kürəkəni Babək Aslanov da ifadə verib. Şahidin sözlərinə görə, ilk vaxtlardan M. Atakişiyevdən şübhələnib. Hətta şübhələri haqda onun özünə də deyib:
"Qayınatamın yasında Müşfiqlə mübahisə etdik. Açıq dedim ki, bu hadisədə sənin əlin var. Sonra da yasdan qovdum. Ona görə şübhələnirdim ki, qayınatam mənimlə hər şeyi danışırdı. Həmişə deyirdi ki, Müşfiqlə yola getmir. Amma iş elə gətirdi ki, Müşfiq qaldı kənarda, bir ara məndən şübhələndilər.
Uzun illər dedim ki, mən heç nə etməmişəm, bu işdə günahkar Müşfiqdir. Quliyevlər tutulandan sonra da məni istintaqa çağırdılar. Amma sonda hər şey ortaya çıxdı."
Proses fevralın 9-u davam edəcək.
Qeyd edək ki, M.Atakişiyev, D.Quliyev və S.Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Rusiyada qəsdən adam öldürməkdə ittiham olunan kriminal aləmin üzvü Cam
Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən yerli antite
Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri ü
Bollivud ulduzu, aktrisa və rəqqasə Nora Fatehi Azərbaycanda lentə aldığ�
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı fərmanla &quo
Yaponiyanın Aiçi prefekturasında yerləşən istilik elektrik stansiyasında
Türkiyəli aktyor Umutcan Ütebayın yeni layihəsi bəlli olub.
Hazırda vətəndaşların "WhatsApp" hesablarının ələ keçirilmə
ABŞ-ın Oklahoma ştatında qaz kəmərində partlayış baş verib.
Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə ba�
Mərhum siyas xadim Afiyəddin Cəlilovun nəvəsi, vətəndaşlara qarşı qeyr
Daxili İşlər Nazirliyinin E-Polis mobil tətbiqi istifadəyə verilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Çexiy
"İZ Community" Qadınlar Cəmiyyəti Bakıda "Sevginin İZi"