"Jalilov" metrolarda necə çəkiliş aparıb?
Digərləri 31 Yan 2024 18:03:00 345 0
Mərhum siyas xadim Afiyəddin Cəlilovun nəvəsi, vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmə Afiyəddin Cəlilovun metrolarda çəkilişlər etdiyi ortaya çıxıb.
Bu xəbəri də oxu: Prezident Ərdoğan: “Şara ilə hər mövzuda həmfikirik”
"Bakı Metropolitenindən istifadə Qaydaları"na əsasən rəhbərliyin icazəsi olmadan metro daxilində foto, video və kino çəkilişləri aparmaq qanunla qadağandır.
Bəs Afiyəddin Cəlilov metronun vaqonunda necə videoçəkiliş edib? Metropolitendə çəkiliş edən şəxslərlə bağlı hansı cəza tədbirləri görülür?
Milli.az xəbər verir ki, məsələ ilə bağlı Teleqraf.com-a danışan Bakı Metropoliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, qanunvericiliyə əsasən metroda heç bir halda çəkilişə icazə verilmir: "İşçilərimiz yeniyetmənin çəkiliş apardığını müəyyən edən kimi dərhal polis şöbəsinə müraciət olunub. Ümumilikdə icazəsiz şəkildə çəkiliş halı aşkarlandıqda tərəfimizdən hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat verilir. Artıq cəza tədbirləri və digər məsələlər bizim səlahiyyətimizdə deyil. Çünki metropoliten inzibati və ya digər məsuliyyət tədbirlərini icra etmir".
Qeyd edək ki, Afiyəddin Cəlilovun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilib.
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Daxili İşlər Nazirliyinin E-Polis mobil tətbiqi istifadəyə verilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Çexiy
"İZ Community" Qadınlar Cəmiyyəti Bakıda "Sevginin İZi"
Xəbər verdiyimiz kimi, Biləsuvar şəhərində yerləşən Mübariz İbrahim
Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş veri
Xəbər verdiyimiz kimi, aylar əvvəl müğənni Nüşabə Musayeva "Bizim
2003-2023-cü illər ərzində ölkədə 6 782,6 km Respublika əhəmiyyətli, 1
Əməkdar artist Səlim Abbasov aparıcılığa başlayıb.
Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sin
Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabinetinin qərarı ilə nəqliyyat
Qazaxıstanın xüsusi xidmət orqanları bu yaxınlarda ölkələrinə aidiyyə
Bu gün Xalq artisti Mübariz Tağıyevin doğum günüdür.
Müğənni Nurlan Əzizbəylinin oğlu Mehranın səhhətində problem yaranıb.