Rusiyada qətl törədən Camala hökm oxundu
Kriminal 31 Yan 2024 18:47:00 466 0
Rusiyada qəsdən adam öldürməkdə ittiham olunan kriminal aləmin üzvü Camal Həsənovun (Yeraz Camal) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bu xəbəri də oxu: İşlədikləri mağazaya 48 min manat ziyan vurdular
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, C.Həsənov qəsdən adam öldürməkdə təqsirli bilinərək 18 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Camal Həsənov 2021-ci ilin oktyabrında Bakıda tutularaq istintaqa təhvil verilib. "Yeraz Camal" Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və "qanuni oğru" Hacı Beyləqanski ilə birlikdə 2017-ci ildə İstanbulda "Lotu Quli"yə qarşı sui-qəsd etməkdə şübhəli bilinərək tutulub. Bir müddət sonra məhkəmə onları sərbəst buraxıb.
Rusiya mətbuatında yayılan məlumatlara görə, "Lotu Quli"nin öldürülən adamı Cabir Həsənov Rövşən Lənkəranskinin qətlində iştirak edib. Bu səbəbdən də "Yeraz Camal" qisas məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək C. Həsənovu güllələyərək qətlə yetirib.
Bu işdə Camal Həsənova 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətov köməklik edib. O, bunun müqabilində 50 min rubl alıb. Qətldən bir müddət sonra N. Nüsrətov tutulub və məhkəmənin hökmü ilə 5 ay müddətə azadlıqdan məhrum edilib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən yerli antite
Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri ü
Bollivud ulduzu, aktrisa və rəqqasə Nora Fatehi Azərbaycanda lentə aldığ�
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı fərmanla &quo
Yaponiyanın Aiçi prefekturasında yerləşən istilik elektrik stansiyasında
Türkiyəli aktyor Umutcan Ütebayın yeni layihəsi bəlli olub.
Hazırda vətəndaşların "WhatsApp" hesablarının ələ keçirilmə
ABŞ-ın Oklahoma ştatında qaz kəmərində partlayış baş verib.
Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə ba�
Mərhum siyas xadim Afiyəddin Cəlilovun nəvəsi, vətəndaşlara qarşı qeyr
Daxili İşlər Nazirliyinin E-Polis mobil tətbiqi istifadəyə verilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Çexiy
"İZ Community" Qadınlar Cəmiyyəti Bakıda "Sevginin İZi"
Xəbər verdiyimiz kimi, Biləsuvar şəhərində yerləşən Mübariz İbrahim