Evində “Pitminutka” işlədənlərin nəzərinə


Digərləri 29 Yan 2024 17:05:00 159 0

Evində “Pitminutka” işlədənlərin nəzərinə

Yayılan məlumatlara görə, əhaliyə xəbərdarlıq edilərək, "pitminutka"ların hamam otaqlarında istifadəsinin qarşısı alınır. Hətta bir sıra mənzillərdə qaz xətləri möhürlənib və su qızıdırıcılarına qazın verilişi dayandırılıb

Məsələ ilə bağlı Trend-ə açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov bildirib ki, mövcud qanunvericiliyə görə, Azərbaycanda hamam otağında heç bir halda su qızdırıcısından ("pitminutka") istifadə etmək olmaz.

"2009-cu ildə qüvvəyə minmiş "Qaz təchizatı. Layihələndirmə normaları"na əsasən, su qızdırıcı cihazların vanna otaqlarına qoyulmasına yol verilmir.

Qanunda qeyd olunub ki, əvəllər qüvvədə olan normalara uyğun olaraq, vanna otaqlarında yerləşdirilmiş su qızdırıcılarının evdə və ya qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən vanna otaqlarından çıxarılıb mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməsi, hər bir konkret halda, yerli qaz təsərrüfatı istismarı müəssisələrinin razılığı ilə layihə təşkilatı tərəfindən həll edilməlidir.

Qanunun qəbulundan əvvəl vanna otaqlarında yerləşdirilən su qızdırıcıları qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməlidir".

İ.Behbudov bildirib ki, Nazirlər Kabinetinin 2023-cü il tarixli, 215 saylı qərarı var.

"Həmin qərara əsasən, qazpaylayıcı tərəfindən ildə bir dəfə yoxlama aparılmalıdır. Qərarın 8-ci bəndinə əsasən, aparılan yoxlamalar zamanı nöqsanlar aşkar olunarsa, çatışmazlığın aradan qaldırılması üçün abonentə bir aydan çox olmayan möhlət verilir. Əgər nöqsanlar aradan qaldırılmazsa, bizim tərəfimizdən həmin cihaza gedən qazın təminatı dayandırıla bilər.

Yanvar ayından etibarən yoxlamalar aparılır, normaları pozan vətəndaşlara müvafiq xəbərdarlıq edilir", - deyə o əlavə edib.

Qeyd edək ki, hava şəraitinin qeyri-sabit olması ilə bağlı qaz istehlakçıları tərəfindən qazdan istifadəyə dair qaydalara əməl edilməməsi, şəbəkəyə qoşulmuş avadanlıqların istismarına nəzarətin düzgün təşkil edilməməsi nəticəsində 2024-cü ilin yanvar ayı ərzində dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilir.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Dairə sədri: “Ağdam şəhəri seçkilərə hazırdır” like
  • 29 Yan 16:57  
Digərləri Dairə sədri: “Ağdam şəhəri seçkilərə hazırdır”

"Azərbaycanın erməni işğalından azad edilmiş Ağdam şəhərində il

arrow Ətraflı
“Qarabağ və Xankəndidə seçki məntəqələrinin yaradılması tarixi hadisədir” like
  • 29 Yan 16:54  
Digərləri “Qarabağ və Xankəndidə seçki məntəqələrinin yaradılması tarixi hadisədir”

"Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi xa

arrow Ətraflı
Korsikalı fəallar: Fransa ilə ortaq taleyimiz like
  • 29 Yan 16:52  
Dünya Korsikalı fəallar: Fransa ilə ortaq taleyimiz

Korsika Milli Azadlıq Cəbhəsinin (FLNC) üzvləri son 10 ildə ilk mətbuat k

arrow Ətraflı
50 il axtarışda olan terrorçu ölüm ayağında özünü like
  • 29 Yan 16:41  
Dünya 50 il axtarışda olan terrorçu ölüm ayağında özünü

Yaponiyanın Kanaqava prefekturasında terror aktlarında iştirak etdiyinə gö

arrow Ətraflı
Yumurta bahalaşacaq? like
  • 29 Yan 16:36  
Digərləri Yumurta bahalaşacaq?

Son vaxtlar ölkəmizdən xaricə, xüsusilə də Rusiyaya yumurta ixracı xeyli

arrow Ətraflı
İcma: “Bu yanaşma irqçi mövqedir" like
  • 29 Yan 16:32  
Digərləri İcma: “Bu yanaşma irqçi mövqedir"

Ermənistan Xarici işlər nazirinin müavininin ölkəsinin Qarabağa UNESCO mi

arrow Ətraflı
Tramp bunu etsə, xoşbəxt olaram like
  • 29 Yan 16:27  
Dünya Tramp bunu etsə, xoşbəxt olaram

Əgər Tramp həqiqətən də 24 saat ərzində müharibəni bitirsə, xoşbəxt

arrow Ətraflı
AŞPA Ermənistanı təhrik edir  Meksika nəşri like
  • 29 Yan 16:18  
Digərləri AŞPA Ermənistanı təhrik edir Meksika nəşri

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistanı təhrik edir və C

arrow Ətraflı
Pərvin Abıyeva: "Tüpürüm o pula ..."  VİDEO like
  • 29 Yan 16:12  
Şou-biznes Pərvin Abıyeva: "Tüpürüm o pula ..." VİDEO

Aktrisa Pərvin Abıyeva sosial şəbəkə üzərindən etdiyi canlı yayımda a

arrow Ətraflı
Türkiyədə təyyarəni like
  • 29 Yan 16:08  
Digərləri Türkiyədə təyyarəni

İstanbul-Antalya reysi ilə uçan Türk Hava Yollarına məxsus təyyarəni ild

arrow Ətraflı
Bulvar İdarəsinin yeni sədri kimdir?  DOSYE like
  • 29 Yan 16:03  
Digərləri Bulvar İdarəsinin yeni sədri kimdir? DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla X

arrow Ətraflı
90 yaşlı aktrisa vəfat etdi like
  • 29 Yan 15:57  
Şou-biznes 90 yaşlı aktrisa vəfat etdi

İtaliyalı aktrisa Sandra Milo vəfat edib.

arrow Ətraflı
DGK əməkdaşları təltif edildi  Siyahı like
  • 29 Yan 15:52  
Siyasət DGK əməkdaşları təltif edildi Siyahı

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif

arrow Ətraflı
5 yaşlı uşağı maşın vurdu like
  • 29 Yan 15:52  
Digərləri 5 yaşlı uşağı maşın vurdu

Astarada azyaşlının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi ba

arrow Ətraflı