Korsikalı fəallar: Fransa ilə ortaq taleyimiz
Dünya 29 Yan 2024 16:52:00 305 0
Korsika Milli Azadlıq Cəbhəsinin (FLNC) üzvləri son 10 ildə ilk mətbuat konfransı keçirib və bununla da keçmiş ənənələrinə yenidən bağlandığını bildirib.
Bu xəbəri də oxu: Şahzadə IV Kərim Ağa Xan öldü
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fransa daxili işlər naziri Jerald Darmanən bir neçə gündən sonra bölgənin muxtariyyət məsələsini müzakirə etmək üçün adaya gedəcək.
Bu səfərdən əvvəl Korsika Milli Azadlıq Cəbhəsi son 10 ildə ilk dəfə mətbuat konfransı keçirib. Konfransda iştirak edən silahlı 11 FLNC üzvü qara rəngli geyimdə və üzləri maska ilə tam örtülmüş olub. Onların qarşısındakı stolun üzərində FLNC-ın bayrağı qoyulub. Onlar bununla şəxsiyyətlərini gizli saxlayıblar. Mətbuat konfransında FLNC fəalları fəaliyyətlərinə görə məsuliyyəti öz üzrlərinə götürüblər. Həmçinin bildiriblər ki, onların akronimini qanunsuz istifadə edənlər belə iyrənc manipulyasiyalar vasitəsilə korsikalı fəalların mübarizəsini gözdən sala bilməyəcəklər.
Mətbuat konfransında FLNC üzvləri qeyd ediblər ki, Fransa hökumətinin təqdim etdiyi muxtariyyət Korsika xalqına müstəqillik vəd etmir.
Korsikanın müstəqilliyinin tərəfdarları son illər adada çox sayda fransızın məskunlaşdığını vurğulayaraq, bunun demoqrafik tarazlığı planlı şəkildə pozmağa yönəldiyini və gəlmələrin sayını artırmağa xidmət etdiyini bildiriblər. Korsikalı fəallar Fransa ilə ortaq talelərinin olmadığını təkidlə təkrar ediblər.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Aktyor Fərda Aminin müğənni Şəbnəm Tovuzlu ilə bağlı dilə gətirdiyi
Yaponiyanın Kanaqava prefekturasında terror aktlarında iştirak etdiyinə gö
Son vaxtlar ölkəmizdən xaricə, xüsusilə də Rusiyaya yumurta ixracı xeyli
Ermənistan Xarici işlər nazirinin müavininin ölkəsinin Qarabağa UNESCO mi
Əgər Tramp həqiqətən də 24 saat ərzində müharibəni bitirsə, xoşbəxt
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistanı təhrik edir və C
Aktrisa Pərvin Abıyeva sosial şəbəkə üzərindən etdiyi canlı yayımda a
İstanbul-Antalya reysi ilə uçan Türk Hava Yollarına məxsus təyyarəni ild
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla X
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif
Astarada azyaşlının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi ba
Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib
Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edilib.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsil