Tələbələrin təcrübə keçmə qaydalarında yeniliklər edildi FOTO
Digərləri 29 Yan 2024 15:43:00 332 0
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydalarında yeniliklər edilib.
Bu xəbəri də oxu: Dəhşətli şaxtalar, qar, soyuq gəlir – Ekspertdən xəbərdarlıq
Elm və Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, yeni qaydalar 2024-cü ilin 15 sentyabr tarixindən tətbiq olunacaq. Sözügedən qaydalar xarici ölkə ali təhsil müəssisələrinin filiallarına şamil olunmur.
Qaydalara əsasən, təcrübənin təşkili zamanı tədris-öyrənmə və təcrübə arasında davamlı əlaqənin qurulması, tələbənin yaradıcılıq və tədqiqat işlərində iştirakının təmin edilməsi, tələbənin müasir texnologiyalarla, iş üsulları və digər yeniliklərlə tanış edilməsi, təcrübə bazasının infrastrukturunun əlilliyi olan tələbələr üçün müyəssər olması, tələbələrin təcrübə bazasında məşğulluq imkanlarının nəzərə alınması əsas öhdəliklər kimi müəyyən olunub.
Təcrübə təhsil müəssisəsindən kənarda keçirildiyi halda, təhsil müəssisəsi ilə təcrübə bazaları arasında müqavilə bağlanılacaq. Tələbənin əmək fəaliyyəti təcrübə komissiyası tərəfindən təcrübə kimi tanına bilər. Bu zaman əmək fəaliyyətinin hər bir həftəsi 1,5 kreditə bərabər tutulur. Tələbənin təcrübə müddətində beşgünlük iş rejimi üzrə həftəlik təcrübə keçməsi müddəti ən azı 20 saat olmalıdır. Bu müddət, ixtisasın profilindən asılı olaraq, təhsil müəssisəsi tərəfindən artırıla bilər.
Yeni qaydalara əsasən, təcrübənin qiymətləndirmə üsul və meyarlarının hazırlanması və təcrübə komissiyasının yaradılması ali və orta ixtisas təhsili müəssisələrinin səlahiyyətinə verilib.
Təcrübə tələbənin təklifi əsasında təhsil müəssisəsinin yerləşdiyi şəhərdən (rayondan) kənarda və ya xarici ölkədə keçirildiyi halda, nəqliyyat və mehmanxana xərcləri onun tərəfindən ödənilir. Bu link vasitəsilə yeniliklərlə ətraflı tanış olma mümkündür.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind
Avropa pulemyot quraşdırıla bilən maşınlar göndərməkdən daha böyük a
Yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğla stilist Başak Dizer İngilt
Hər mövsümün özünə xas gözəllikləri vardır.
Azərbaycanlı məşhurlar bu dəfə bahalı və qalmur libasları ilə diqqət
Xalq artisti Gülyaz Məmmədova instaqramdakı paylaşımı ilə diqqət çəki
"Əlbəttə o günlərin xatirəsi gözəldir. Hər gününə minnətdaram.
"Qarabağımıza artıq Böyük Qayıdış başlayıb. Bu prosesi çox böy
Bəzi bürclər üçün fevral ayında yeni bir dövr başlayır. Bu dövrdən �
Aparıcı Gülnarə Məmmədova uzun müddət sonra efirə qayıtmaq barədə ya
Gəncədə sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkild�
Ziddiyyətli açıqlamalar Ermənistanın iddia etdiyi sülh siyasəti ilə qət