Röya Ayxan: “Sevərək evlərinizə dönün” VİDEO
Şou-biznes 29 Yan 2024 12:49:00 320 0
"Qarabağımıza artıq Böyük Qayıdış başlayıb. Bu prosesi çox böyük sevgiylə tək mən yox, bütün azərbaycanlılar izləyir".
Bu xəbəri də oxu: "Kişi tapmaq asandır" deyib AĞLADI FOTO
Son.az xəbər verir ki, bu fikirləri işğaldan azad edilmiş ərazilərimizə qayıdışla bağlı Xalq artisti Röya Ayxan deyib.
Milyonların sevilən ifaçısı sözlərinə belə davam edib:
"Belə bir qayıdışda iştirak etdiyim üçün çox şanslıyam. Füzulidə də konsert verəndə baxdım ki, artıq əhali oradadır. Yavaş-yavaş hər kəs öz evinə gəlir. Arzularım sənətimlə bağlıdır. Orada böyük orkestrlə konsert vermək istəyirəm. Əminəm ki, mənə qismət olacaq. Sevərək evlərinizə dönün, birlikdə o gözəl günləri yaşayaq, bayramları sizin yanınızda olum. Biz artıq evlərimizə qayıdırıq!". Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı başlayıb.
Bu günədək 1300-dən çox ailənin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib. İşğaldan azad edilmiş ərazilərdəki hər cür zəruri sosial-texniki infrastrukturla təchiz olunan yeni və bərpa edilən yaşayış məntəqələrində sakinlərin təhlükəsizliyi və rahatlığı üçün şərait yaradılıb. Yüz minlərlə məcburi köçkün səbrsizliklə doğma yurdlarına qayıdışa hazırlaşır. Onların arasında hamımızın yaxından tanıdığı mədəniyyət və incəsənət xadimləri də var.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi bununla bağlı hazırlanmış videoçarxını təqdim edirik :
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Xəbərə aid video
Bəzi bürclər üçün fevral ayında yeni bir dövr başlayır. Bu dövrdən �
Aparıcı Gülnarə Məmmədova uzun müddət sonra efirə qayıtmaq barədə ya
Gəncədə sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkild�
Ziddiyyətli açıqlamalar Ermənistanın iddia etdiyi sülh siyasəti ilə qət
18 yaşı yeni tamam olmuş və seçkilərdə ilk dəfə iştirak edən seçicil
"Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətl
Türkiyənin 6 şəhəri üçün zəlzələ xəbərdarlığı edilib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin polis əməkdaş
Ələt-Asara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində yo
"Erməniəsilli seçicilər də səsvermədə Azərbaycan vətəndaşı kim
Müğənni Səidə Sultan müsahibə verdiyi an həyat yoldaşı ona zəng vurub
"25 ildir ki, dəvə təsərrüfatı ilə məşğulam. Maştağada dəvə t